Muxas qülləsi

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 981
Səs ver:
(səs: 3)
Muxas qülləsi Oğuz rayonu Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır.
Qüllənin hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5 metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1 metr, içəridən 1,5 metr olan qapı yeri vardır.
Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6 metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir. 1 X 0,5 X 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu.
Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir. Əldə edilmiş arxeoloji materialların və abidənin memarlıq xüsusiyyətlərinin müqayisəli təhlili onun IX əsrdə tikildiyini və XIV əsrədək istifadə olunduğunu söyləməyə imkan vermişdir.
1965-ci ildə burada aparılmış arxeoloji qazıntılar nəticəsində şirli və şirsiz saxsı qab qırıqları tapılmışdır.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri