Aydınbulaq qülləsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 980
Səs ver:
(səs: 1)
Aydınbulaq qülləsi
Ağcaqala; Meydanqala; Qız qalası — Şəki rayonunun Aydınbulaq kəndinin şimalında qüllə.

Qüllə IX – XIII əsrlərə aiddir. Çay daşından dördkünc formada tikilib. və üç mərtəbəlidir. Hündürlüyü 10.5 metrdir.

Memarlıq xüsusiyyətləri
Quruluşca Abşeron qəsrlərinin düzbucaq planlı qüllə tipinə – Dördbucaqlı Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyən tək bir abidə Şəkinin Aydınbulaq kəndi yaxınlığındadır. Küncləri dairəvi bürclərlə qapanan bu qüllənin içəridə (iç ölçüləri 4,50 x 4,50 m) taxta döşəmələrlə üç qata bölünməsinin izləri aşkarlanmışdır. Qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında əvvəllər qapalı quruluşlu qala divarlarının olması ehtimalı var.

Geniş düzənliyin ortasında yarıuçuq vəziyyətdə yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir. Çay daşından Şəkinin tikinti üslubunda ucaldılan Aydınbulaq qülləsinin Abşeron qüllələrindən seçilən özümlü və daha saya görünüşü var.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri