İyul ayında bürclər nə vəd verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 28 652
Səs ver:
(səs: 15)
Iyul ayında bürclər nə vəd verir?
  Qoç -Qoçlar üçün uğurlu aydır. Hər şey asanlıqla alınacaq, xüsusilə əgər emosiyalarınıza nəzarət etsəniz və həyata daha ciddi yanaşsanız. Azart oyunlarında uduş sizdən yan keçəcək. İşdə heç bir dəyişikliklər gözlənilmir.
  Buğa - Bu ay aktiv peşəkar fəaliyyət və məişət problemlərilə bol olacaq. Ayın ortası səbir göstərməniz məsləhətdir. Üzərinizə böyük məsuliyyət və taleyüklü məsələlərin həllini götürməyin. Bu ay sizi yeni tanışlıqlar gözləyir.
  Əkizlər- Bu ay sizi işlərinizdə durğunluq gözləyir. Dolaşmış və həllini sonraya saxladığınız məsələnin çözülməsi gözlənilir. İkinci dekadada Əkizlər anidən verdikləri qərarlara görə əziyyət çəkə bilərlər. Nəhayət, çoxdan gözlədiyiniz həyata keçəcək.
  Xərçəng - Bu ay sizi xoşagəlməz hadisələr gözləyir. Bu müddətə vacib məsələləri planlaşdırmaq məsləhət deyil. Ən yaxşısı iyulu istirahətə və sevimli məşğuliyyətə, həmçinin yaxınlarınıza və ailənizə sərf edin.
  Şir - İyul ayından Şirlər borclarını qaytaracaq və hesabat aparacaqlar. Ola bilsin, ruh düşkünlüyünə qapılasınız. Amma bu situasiyadan çıxmağa sizə dostlarınız və sevdiyiniz insanlar yardımçı olacaq. Planlarınız barədə ətrafdakılara danışmamaq məsləhətdir.
  Qız - Bu ay gələcək planlarınızı qurmaq üçün əlverişli dövrdür. Fiziki fəallıq gözlənilir. İdman sahəsində irəli getməyiniz istisna edilmir. Ayın ortası işdə əsəb gərginliyi ola bilər.
  Tərəzi- Bu ay nəfəs dərməyə belə vaxtınız olmayacaq. İşiniz başınızdan aşacaq, həmçinin onların yerinə yetirilməsi variantları arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Hərəkətlərinizi diqqətlə götür-qoy etmək ən yaxşı yol kimi görünür.
  Əqrəb-Yayın ortası Əqrəblər üçün daxili "mənləri" və xarici görünüşlər üzərində işləmələri üçün əlverişli zamandır. İyulda siz əks cins nümayəndələrinin xoşuna gələcəksiniz, amma hər şeyi öyrənmə həvəsiniz ucbatından konfliktlər yarana bilər.
  Oxatan- Oxatanların riskli addımları gözlənilməz nəticələrə çıxara bilər. Xarici investorlarla danışıqlar uğurunuza işləyə bilər. Əgər iyulda istirahət götürmək istəsəniz, tam yerinə düşər.
  Oğlaq- Oğlaqlar üçün ilin ortası çox çətin keçəcək. Neqativin qarşısını sizdən vəzifəcə böyük olan adamın xeyrinə məsuliyyətdən imtina etməklə ala bilərsiniz. Vacib məsələləri və dəyişiklikləri sonraya saxlayın. Uzaq səfərlər sağlığınıza mənfi təsir göstərə bilər.
  Dolça- İyulda bütün vaxtınızı ictimai rifahınıza sərf edəcəksiniz. Yeni layihələrə başlamaq məsləhət deyil. Ayın sonuna təsadüf edən səyahətlər sizin üçün xoş olacaq. Arzularınızı həyata keçirməyə çalışmayın. Onsuz da onların hamısı reallaşmayacaq.
  Balıqlar- İyul ayında da sınaq müddətiniz davam edəcək. Yeni layihələrdən imtina edərək fəal istirahətə vaxt ayırmanız məsləhətdir. Əgər tənbəlliyin daşını ata bilsəniz, bütün işləriniz yağ kimi gedəcək. Şəxsi həyatınızda yaxşılığa doğru dəyişikliklər olacaq.
(səs: 15)
Şərhlər: 12
Baxılıb: 28 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri