XIV Ay günü, Günəş - Qızda, Ay - Balıqlarda, Merkuri - Qızda, Venera - Qızda, Mars - Şirdə, Yupiter - Buğada, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda
Münəccim öncəgörümləri
Qoç - Özünüzü zəif hiss edəcəksiniz. Gücünüzü boş yerə israf etməsəniz, düzəlməyən bir işiniz qalmayacaq. Maddi şəraitinizi yüksəltmək şanslarınız çoxdur. Sevgi nünasibətlərinizdə ciddi heç bir problem olmamalıdır, əgər bunu özünüz yaratmasanız.
Buğa - Özünüzü güclü hiss edəcəksiniz. Hətta ən yaxın adamların əhatəsində də qayğılı görünəcəksiniz. Heç bir işiniz rahatlıqla alınmayacaq. Biznes fəaliyyətinizdə ürəkaçan heç nə yoxdur. Yaxın yoldaşlarınızın soyuqluğunu görəcəksiz.
Əkizlər - Xeyirxahınızın köməyilə maddi məsələlərinizin həllinə açar tapa biləcəksiz. Ruhdan düşmədən fəaliyyət göstərin. Səhhətiniz sizin üçün problem yarada bilər. Ünsiyyətləriniz üçün uğurlu gündür.
Xərçəng - İşləriniz olduqca ləng gedir, maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız yoxdur. Buna baxmayaraq, özünüzü güclü hiss edəcəksiniz. Əlavə gəlirdən gözünüzü çəkin. Sevgi münasibətləriniz problemli olaraq qalır.
Şir - Səhhətiniz sizin tam xoşbəxt olmağınıza mane olur. Maddi durumunuzu yaxşılaşdırmaq üçün əlinizi atdığınız hər bir iş uğurludur. Şəxsi münasibətlərdə yaxşılığa doğru heç bir problem yoxdur.
Qız - Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Maddi durumunuzu qaydaya salmaq üçün çalışmalarınızda əməli nəticə yoxdur. Sevgi münasibətlərinizin düzəlməsi üçün hələ ki heç bir şərait yoxdur.
Tərəzi - Səhhətinizə qarşı diqqətinizi artırın. Əgər tanışlar olmasa, heç bir işinizi qaydaya sala bilməyəcəksiniz, odur ki, ünsiyyətlərinizi genişləndirməyiniz ancaq xeyirinizə olardı. Sevgidə araçıların xidmətindən istifadə etməlisiniz.
Əqrəb - Səhhətiniz sizə problem yaratmayacaq, özünüzü gümrah hiss edəcəksiniz. Demək olar ki, nəzərdə tutduğunuz planlarınızın heç birini həyata keçirə bilməyəcəksiz. Sevgi münasibətlərində də könülaçan heç nə yoxdur.
Oxatan - Səhhətiniz ona diqqət ayırmağınızı tələb edir. Maddi durumunuzu yaxşılaşdırmaqdan ötrü geniş imkanlar var, istifadə etməlisiniz. Ünsiyyətləriniz sizə sevinc gətirəcək.
Oğlaq - Yeganə fərəh mənbəyiniz səhhətinizdir. Özünüzü gümrah hiss edəcəksiniz. Biznes fəaliyyətiniz üçün yaranmış şəraiti düzgün təyin etməlisiniz. Xeyriniz olmayan işlərə görə enerji itirməyin.
Dolça - Səhhətinizdən sürpriz istəmirsizsə, yelçəkəndə oturmayın, qidaların tərkibinə ciddi fikir verin. Özünüzü zəhərlənməkdən gözləyin. Çalışqanlığınızı çoxaltsanız, maddiyyat çətinlik yaratmayacaq. Sevgidə problem olmamalıdır.
Balıqlar - Səhhətiniz yaxşıdır, sizin üçün problem yaratmır. Maddi durumunuzu yüksəltmək üçün çalışmalarınızda əməli nəticələriniz gözə görünmür. Sevgi münasibətlərinizdə gərginlikdir.