Ay bürclərdə: (Əkizlər bürcündə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 767
Səs ver:
(səs: 2)
Ay əkizlər bürcündə doğanların başlıca xüsusiyyəti hərəkətli, bacarıqlı və çox yönlü olmalarıdır. Bir anda birdən çox kitab oxumağa çalışar və əsla bir vəzifəni yerinə yetirərkən bir başqasını ilə məşğul olmaqdan qaçınmazlar. Bir anda birdən çox adam ilə romantik əlaqə də yaşaya bilərlər. Evliliyi asanca düşünməzlər, eşqbazdırlar və qarşılıqlı pərəstişkarlıq etməkdən çox xoşlanarlar. Səbrsiz olduqlarından son deyəcəklərini ilk başdan deyərək qarışıq vəziyyətlərə yol aça bilərlər. Mənfi  xüsusiyyətlərinə baxmayaraq məntiqli və ağıllıdırlar, qadının xəritəsində evdən çox çöldəki yoldaş əlaqələrini ön plana alarlar. Ay əkizlərdə olan kişilərin isə intellektual qadınlardan xoşlandıqları görülür. Cansıxıcı bir "Hər şeyi bilərəm" havası daşıyarlar. Duyğularının qaranlıq yönləriylə üzləşməkdən qaçarlar. Düşüncələri və duyğuları davamlı olaraq dəyişər. Gec-tez, hər şey hiss etdikləri şübhə üzündən parçalanıb gedər. Bəzən zərərinə olsa belə ağılları daim üstün gəlir. Digər bir deyişlə ürəklərinə gedən yola ağıllarını qoyarlar. Duyğularını sıxar, sorğular və mümkün olduğunca olması lazım olduğunu düşündükləri bir şəkildə düzəltməyə çalışarlar. Hisslərinə məntiqli, həqiqi örtüklər keçirərlər. Keçmiş təcrübələri bu gün buradakı düşüncələrində tərəfsiz olmalarına maneə törədə bilər.

Ay-əkizlər bürcündə sağlamlıq

Əkizlərdə bürcündə olan Ay sağlamlıq baxımından çox  müqavimət verməz. Merkuri əllər, qollar, sinir sistemi ağciyər və sinə qəfəsini idarə edər. Əkizlərə düşən Ay da bu vəzifələri üstlənər. Ay uyğun bucaqlarda isə sağlamlıq problemləri söz mövzusu olmaz. Ay sərt bucaqlar alarsa insan bronxit, sətəlcəm, vərəm kimi xəstəliklərə qarşı diqqətli olmalıdır. Ayları əkizlərdə olan insanlar özlərini daim soyuqdan qorumalıdır. Sinir sistemləri də çox həssasdır. Təmiz hava balanslı qidalanma yaxşı yuxu sinir sistemlərini qoruyar.

Ay-əkizlər bürcündə rənglər
Əkizlərdə Aya uyğun olan rənglər mat tonlardır. Uçuq və orta sarını iş yerinizdə istifadə etməlisiniz. Eşqdə açıq və orta mavi sizi xoşbəxt edəcək. Buz mavisi, çox açıq ton mavi də talehiniz üzərində müsbət təsirlər göstərə bilər.

Ay-əkizlər bürcündə kristallar

Sarı kəhrəba. Kristallarınızın təsirini görə bilmək üçün istifadə etməyə başlamadan əvvəl qaya duzuyla təmizləndirmə etməli və dərinizə dəyəcək şəkildə istifadə etməlisiniz.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri