Günün qoroskopu: Üçüncü tənbəl dedi: "Mənim əvəzimdən də qışqırın"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 30 814
Səs ver:
(səs: 28)
Başqalarından yardım və dəstək gözləməyin insanların isə kefi yaxşıdır, onlar bu cür təsirə heç bir reaksiya verməyəcəklər.  
Şəxsi münasibətlər baxımından çox mürəkkəb gündür. Yüngül hərəkətlərə meyllilik artır, öz zəifliklərinə qalib gəlməyə çoxları özlərində güc tapa bilmirlər. Adamlar lap şah tənbəlini də geridə qoyurlar. Təsadüfi romantik tanışlıq artıq mövcud olan əlaqələr üçün böyük təhlükə yaradır.
 
Qoç – Doğrudan da maraqlandığınız işlərlə məşğul olmaq vaxtı gəlib çatdı. Elmi fəaliyyətdə uğurlar mümkündür. Yeni məlumatları tez mənimsəyir, təzadlı, amma doğru mülahizələri tez tapırsınız. Hörmət etdiyiniz insanlarla ünsiyyət yaxşı keçəcək.
Günün çox hissəsini yaşlı qohumlarınızın qayğısına qalmağa həsr edəcəksiniz. Bir çox  Qoçlar ailə dəyərlərinin vacib olduğunu anlayır, qohumluq əlaqələrini möhkəmlətməyə çalışırlar. Bir çoxları nikah haqda düşünməyə başlayırlar.
 
Buğa – Günün ilk yarısı ünsiyyətlərdə çox diqqətli olun. İstəmədən nəsə deyərək yaxın bir adamınızı incidə bilərsiniz, sözlərinizə fikir verin. Sizi yaxşı tanımayan adamlarla bu günə görüş təyin etməyin, onlarda yaxşı təəssürat yaratmayacaqsınız və bunun nəticələrini aradan qaldırmaq çox çətin olacaq. Haqlı olduğunuzu sübut etmək istəyirsinizsə, bir qədər özünüzə də kinayə ilə yanaşın, bu sizi pis vəziyyətdən çıxarar.   
Günün ikinci yarısı emosional fon sabitləşir, özünüzü daha rahat hiss edir, yaxınlarınızla ünsiyyətiniz normallaşır, onları daha yaxşı anlamağa başlayırsınız. Ailə üzvlərinizlə bağlı xoş xəbərlər ala bilərsiniz.
 
Əkizlər – Səhəriniz elə də nikbin notlarla başlamır, amma əlləşib-vruuşub onu tezliklə uğurlu edəcəksiniz. Əsas odur ki, təslim olmayasınız. İlk cəhddən alınmayan ikinci dəfə mütləq alınacaq. Eksperiment edərək özünüzü riskə ata bilərsiniz. İlk dəfə "əl bulaşdırdığınız" işlər daha yaxşı nəticələr verəcək.
Şəxsi münasibətlərdə daha təşəbbüskar olun. Həddinizi aşmaqdan qorxmayın: bu gün sizin qarşınızda tab gətirmək mümkün deyil. İlk görüş üçün əla gündür, əla təəssürat bağışlayacaq, elə özünüz də yeni tanışınıza valeh olacaqsınız.  
 
Xərçəng – Günün birinci yarısı çox ehtiyatlı olun. Neqativ emosiyaların təsiri çox güclüdür və sizin onlara qarşı müqavimətiniz zəifdir. Qıcıq və əsəbiniz aşıb-daşır, heç bir günahı olmayan adamların başında çatlayır. Xoşbəxtlikdən, günortadan sonra müsbət tendensiyalar artmağa başlayacaq  və hər şey düzələcək.
Axşam sürprizlərlə dolu olacaq. Ciddi olaraq ağlınıza gətirməyə qorxduğunuz arzularınız da həyata keçir. Çox maraqlı təkliflər alacaqsınız, onlara mütləq və təcili olaraq "hə!" deyə bilərsiniz.
 
Şir – Uğursuz, çətin səhər bütün gününüzün əhvalını ayarlayacaq. Heç gözləmədiyiniz halda pis əhval-rühiyyəniz özünü büruzə verəcək – hər şeyin normal olduğu bir vaxtda siz nədənsə qəzəblənir, küsür, özünüzü tamamilə bədbəxt hiss edirsiniz. Bu, yaxınlarınızı çox kədərləndirir, onların sizi şənləndirmək səyləri isə hədər gedir. Günün ikinci yarısında bir qədər sakitləşəcəksiniz, amma bu vaxt başqa bir probleminiz ortaya çıxacaq - əliniz heç bir işə yatmayacaq. Bu vaxt çox dəyərli bir əşyanı sındıra, məişət texnikasını xarab edə bilərsiniz. Axşam isə sevinəcəksiniz. Birincisi, xoş xəbərlər alacaqsınız, ikincisi, dəyər verdiyiniz birisi sizi sürprizlə sevindirəcək.
 
Qız – Çox gərgin, amma həddən artıq maraqlı gündür - o, mütləq xoşunuza gələcək.  Məhz bu gün yeni-yeni məlumatlar öyrənir, problemlərin həllinin qeyri-standart üsulunu tapır, həmçinin ətrafınızdakıları təccübə salacaq istedadınızı nümayiş etdirirsiniz.  Nəinki çətin situasiyadan çıxış yolu tapacaq, həmçinin bu çıxışı elə yerinə yetirəcəksiniz ki, ətrafdakılar sizə valeh olacaqlar.
Pis xəbərlər də var. Birincisi, enerjiniz o qədər də çox deyil, yorula, özünüzü pis hiss edə bilərsiniz. İkincisi, vaxtınız heç nəyə çatmır, yəni bir çoz planlarınızdan imtina etməli olacaqsınız.
 
Tərəzi – Sizinlə ünsiyyət xoş, asan və maraqlıdır, odur ki, insanlar sizə doğru can atırlar. Öz fikir və ideyalarınızı, mülahizələrinizi başqalarıyla asanlıqla paylaşa bilərsiniz, heç kim onlardan inciməyəcək. Çox nəzakətlisiniz və bu səbəbdən bir çox qıcıqlı məqamları yoluna qoya biləcəksiniz.
Detallara güclü diqqət və səliqə tələb edən mürəkkəb işlər üçün münasib gün deyil. Çünki bu gün qaydalara qarşı çox laqeydsiniz.
 
Əqrəb – Çalışın, gününüzü sizə faydalı və ciddi bir işə həsr edəsiniz. Yaxşıca (demək olar ki, bolluca)  işləyəcəksiniz. İstirahət barədə isə belə demək olmaz. Tənbəllik etməyin, əgər əlinizi işdən soyutsanız, qüssədən əhvalınız korlanacaq.
Həm planlaşdırılmış, həm də qəfil səfərlər yaxşı keçəcək. Liderlik xüsusiyyətləriniz qabarıq olduğundan dostlarınızın və yaxınlarınızın sizin ideyalarınızı dəstəkləyəcəklərindən əmin ola bilərsiniz. Görüşləri yaxşı olar ki, günün ikinci yarısına təyin edəsiniz, bu dövrdə romantik əhvala daha tez köklənirsiniz.
 
Oxatan – Bu gün sizin müstəqilliyinizə əyri baxanın vay halına! Azadlıq naminə kiminlə desən vuruşmağa hazırsınız. Pis odur ki, daha çox yaxınlarınız qəzəbinizə tuş gəlir və boş bir mübahisə münaqişə həddinədək qızışır. Başqa tərəfdən, gün bədxahlarınızla mübarizə üçün çox uyğundur: burada qələbə şansınız çox böyükdür.
Axşama doğru maliyyə probleminiz yarana bilər. Bu gün alış-veriş etmək, sənəd imzalamaq məsləhət deyil. Səfərlər və kömək üçün münasib vaxtdır.
 
Oğlaq – Sizin məqsəd və maraqlarınızı bölüşən insanlarla ünsiyyət üçün məsləhətli gündür. Dostluq və sevgi əlaqələri daha da möhkəmlənir, bir çox fikir ayrılıqları gözlənilmədən və tez aradan qalxır. İşlərinizdə qayda-qanun yaratmağa çalışın.
İntuisiyanız həddən artıq güclüdür, ona qulaq asmağa çalışın. Bu gün ezoteriya elmlərini öyrənə bilərsiniz. Ekstrasens qabiliyyətlərinizin ortaya çıxması da mümkündür. Bir çox hallarda məqsədə çatmaq üçün sadəcə olaraq bu barədə arzulamaq kifayət edəcək.
 
Dolça – Gün xoş və təsadüfi görüşlərlə doludur. İstənilən hadisədən mənfəət götürə bilirsiniz. Yaxınlarınızla fikir ayrılıqlarınız, demək olar ki, yoxdur, əməkdaşlıq üçün əla şərait yaranıb. Öz dediyinizin üstündə durun, şübhə etməyin – ideyalarınız düzgün istiqamətdə inkişaf edir, kim onlarla razı deyilsə, çox yaxın zamanda peşman olacaq.
Günün ikinci yarısı zəiflikləriniz sizə qalib gələcək, düşünülməmiş hərəkətlər etməkdən özünüzü saxlaya bilməyəcəksiniz. Əgər tamahınızı və emosiyalarınızı nəzarətdə saxlaya bilsəniz, ciddi səhvlərdən qaça biləcəksiniz.
 
Balıqlar – Sanki bütün mübahisələri, qarşıdurmaları, birmənalı olmayan situasiyaları maqnit kimi özünüzə çəkirsiniz. Hətta əvvəllər sizin hər sözünüzlə razılaşan insanlar bu gün sizin opponentinizə çevrilirlər. Nəzakətli olmağa çalışırsınız, amma sizdən gözlənilən sözlər ağzınızdan çıxmır, bu səbəbdən də çətin situasiyalar yaranır.
Amma günü tamamilə uğursuz elan etmək olmaz. Çünki böyük zəhmət bahasına olsa da, konstruktiv dialoqa nail ola biləcəksiniz. Üstəlik, axşam vacib və xoş xəbərlər eşidəcəksiniz. Pul da ala bilərsiniz.
(səs: 28)
Şərhlər: 1
Baxılıb: 30 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri