Bürclər apreldə nə vəd edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 116 768
Səs ver:
(səs: 28)
Qoç
Bu ay gücünüzü çox sərf edəcəksiniz. Bütün danışıqlar çıxılmaz vəziyyətə düşəcək, ona görə də nüfuzlu adamlara müraciət etməlisiniz. Gözləmək təhlükəlidir, çünki məhz apreldə uzunmüddətli perspektiv məsələlər həll olunacaq. Bu, həm peşəkar, həm də şəxsi həyatınızla bağlı olacaq. Heç bir halda riskə getməyin.

Buğa
Çoxdan nail olmaq istədiyiniz dəyişikliklər baş verəcək. Bu, başqa bir işlə məşğul olduğunuz zaman meydana gələcək. Buna görə də inamsızlıq və çaşqınlıq dövrü yaranacaq. Problemdən uzaq olmaq üçün işə keçin. İştaha yemək zamanı gəlir.

Əkizlər
Ətrafdakıların sizə yazığı gəlməsini, eyni zamanda sizə heyran qalmasını istəyəcəksiniz. Bunların heç birinə nail ola bilməyəcəksiniz, həmçinin ətrafda özünü sizin kimi aparan daha birisi peyda olacaq. Bu ay öz hərəkətlərinizi korrektə edə biləcəksiniz.

Xərçəng
Apreldə seçim etməli olacaqsınız. Variantların öyrənilməsinə çox vaxt gedəcək. İnformasiya mənbəyi və ya hər hansı avtoritet adamdan asılılığınız olacaq. Buna baxmayaraq düzgün seçim edə biləcəksiniz. Açıq oddan ehtiyatlanmaq lazımdır, yana və ya mülkünüzü itirə bilərsiniz.

Şir
Bu ay işinizdə problemlər yaranacq. Əsəbləriniz tarıma çəkiləcək, belə situasiyada səmimi Şirlərin bəxti gətirməyəcək. Uğurlarınız barədə hər yanda danışmayın - gözə gələ bilərsiniz. Uzunmüddətli perspektivlə əlaqədar olan layihələri seçməniz məsləhətdir.

Qız
Apreldə ictimai layihələrdə uğur qazanacaqsınız. İnsanlar arasında ağıllı, intellektual və enerjili olacaqsınız. Amma bütün ay sizi iş prosesinizə mane olan gözlənilməz hadisələrin izləməsinə hazır olmalısınız. Ən lazımlı anda sizi işinizdən ayıracaqlar, buna əsəbi reaksiya verməyin.

Tərəzi
Bu ay sizin üçün sakit keçəcək. İşiniz həmişəkindən çox olmayacaq. Özünüzlə məşğul olmaq üçün (həkimə və ya vizajistə getmək) vaxtınız yaranacaq. Yeni tanışlarınızdan biri rəğbətinizi qazanmağa çalışacaq. Bu adamı məsafədə saxlamalısınız. O özünü olduğu kimi göstərmir.

Əqrəb
Aprel ayı sizdə ətrafa qarşı qəzəb yaranacaq. Camaat içində sizi incidəcək, qeyri-rəsmi şəraitdə isə lazımsız söz-söhbətə təhrik edəcəklər. İşiniz də alınmayacaq. Bu ay istirahət üçün əla vaxtdır.

Oxatan
Bu ay qələbə havası sizin üçün çalınacaq. Sizi tərifləyəcək və mükafatlandıracaq, vəzifənizdə yüksələcəksiniz. Bunlara layiq olmadığınızı düşünəcəksiniz, amma yaranan situasiyadan yeni iş yerinə keçməniz üçün istifadə edə biləsiniz.

Oğlaq
Bu ay çox uğurlu olacaq, situasiyaya nəzarət edəcək, hətta onun inkişafına təsir edəcəksiniz. İşlərinizdə fasilə yaranacaq, amma bu, önəmli layihənin hazırlanması üçün olacaq. Ailəniz sizi sevindirəcək. Evdə hər şey qaydasında olacaq.

Dolça
Kiminləsə və ya nə iləsə ayrılmalısınız. İşləmək daha da asanlaşacaq. Hər işdə ağlınıza güvənəcəksiniz. Dəyərli olan əlaqələri qoruyub-saxlayacaqsınız. Öz hərəkətlərinizi korrektə etmək imkanı yaranacaq.

Balıqlar
Bu ay sizin əvvəlki nizam-intizama ehtiyacınız olacaq, çünki işgüzar maraqlarınız bir neçə vacib layihələrə qədər daralacaq. Yalnız real işləri seçin. Çoxlu insanların olduğu və vədlərin çox verildiyi layihələrdən uzaq durun. Yaxınlarınızın və dostlarınızın öz problemlərilə sizi işinizdən ayırmalarına hazır olun.
(səs: 28)
Şərhlər: 4
Baxılıb: 116 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri