2017-cı ildə hansı bürclər varlanacaq?

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 7262
Səs ver:
(səs: 3)
Ulduzlar deyir ki, Əkizlər bürcü bu siyahıda birinci yerdədir. Bu bürcün sahibləri uyğun şəraiti seçə bilsələr, həyatlarını tamamilə dəyişdirə və daha çox irəli gedərək istədikləri qazancı əldə edə bilərlər. Əkizlər bürcü altında doğulan insanlar tükənməz gəlir sahibi ola bilərlər. Buna görə də ilin əvvəlindən etibarən işinizlə bağlı düzgün qərarlar verin və arzularınızı özünüz həyata keçirin.

Qadınlar.biz sağlamheyat.az-a istinadən bildirir ki, Şir bürcünün nümayəndələri əsl oyunçulardır. Bəzilərinin pul ehtirası onları acınacaqlı vəziyyətlərlə üz-üzə qoyur, iflasa qədər gətirib çıxarır. Lakin 2017-cı il Şirlər üçün mükəmməl olacaq. Ciddi gəlirlər əldə etmələrinə baxmayaraq, möhkəm iradəyə də sahib olacaqlar. Münəccimlər xəbərdarlıq edirlər ki, uğur bütün ili Şirləri müşayiət etməyəcək, sadəcə may və avqust aylarında onların bəxti gətirəcək. Qalanı isə bürc sahibinin özündən asılıdır.

Sirr deyil ki, Dolçalar üsyankar xülyaçılar və ixtiraçılardır. 2017-cı il onlar üçün xüsusi olmağa söz verib. Sakitləşməyən xarakterləri ilə diqqət çəkən Dolçalar 2017-cı ilin fevralından başlayaraq, "ideyaların əsl generatoru" olacaqlar. Onların beynində indiyə kimi yatıb qalan fikirlər toplusu birdən-birə elə partlayacaq ki, bu bürcün sahibləri məşhurlaşacaq və qəfil milyonçulardan olacaqlar.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 7262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri