Mülki prosessual hüququn mənbələri
Mülki prosessual hüququn mənbələri
dedikdə, mülki prosessual hüquq normalarını əks etdirən normativ hüquqi
aktlar başa düşülür. Bu normativ hüquqi aktları iki qrupa bölmək olar:
ümumi;
xüsusi.
Mülki
prosessual hüququn ümumi mənbələrinə ümumi, iqtisadi və münsiflər
məhkəməsi tərəfindən hüquqi işlərə baxılması ilə əlaqədar ictimai
münasibətləri tənzimləyən normativ hüquqi aktlar aiddir.
Mülki
prosessual hüququn xüsusi mənbələrinə isə mülki, iqtisadi və yaxud
münsiflər məhkəməsinin mühakimə icraatını nizama salan normativ hüquqi
aktlar aid edilir.
Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə
malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır. Bütün qanunlar və
digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyası
əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın 60, 61, 62,
66 və eləcə də VII fəsli və bir sıra digər normaları bilavasitə mülk
prosessual hüququn ümumi mənbəyini təşkil edən konstitusion
normalarıdır.
Mülki prosessual hüququn prinsipləri
Mülki
prosessual hüququn prinsiplərini müxtəlif əsaslara görə təsnifləşdirmək
olar. Hüquqi nizamasalma obyektinə və təsir dairəsinə görə mülki
prosessual hüququn prinsiplərini 4 qrupa bölmək olar:
I qrup
prinsiplər: – ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata
keçirilməsi; – hakimlərin müstəqilliyi; – hüquqi işlərin təkbaşına və
kollegial baxılması; – məhkəmə baxışının aşkarlığı; – mühakimə
icraatının dövlət dilində aparılması. Bu qrupa daxil olan prinsiplər
təşkilati – funksional və ümumhüquqi xarakter daşıyır.
II qrup
prinsiplər: – məhkəmə həqiqəti; – qanunçuluq; – əsaslandırıcılıq. Bu
prinsiplər isə funksional və sahələrarası prinsiplərin yaranmasını
şərtləndirir.
III qrup prinsiplər: – şifahilik; – bilavasitəlik; –
fasiləsizlik; – prosessual qənaət. Bu qrupa daxil olan funksional
sahəlararası prinsiplər mülki mühakimə icraatının xarici
xüsusiyyətlərini ifadə edir.
IV qrup prinsiplər: – dispozitivlik; –
çəkişmə; – tərəflərin prosessual bərabərliyi prinsipi. Bu qrup
prinsiplər mülki prosessual hüququn funksional sahəvi prinsiplərini
yaradır.