Nikah müqaviləsi nə zaman hüquqi qüvvəyə malik olur?
Bəzi
hallarda nikah müqaviləsinin olmaması, ya da rəsmi qeydiyyata
alınmamasına görə boşanan cütlüklər arasında ciddi ixtilaf yaranır. Bu
münaqişənin kökündə isə rəsmi nikah müqaviləsinin bağlanmaması dayanır.
Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o,
bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan
istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə
yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah
müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən
edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də
gələckdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər
Vəkil Asif Abdullayev bildirdi ki, rəsmi nikah yalnız bir nəfərlə bağlana bilər:
"Nikah
müqaviləsi nikahdan əvvəl və ya nigah dövründə istənilən vaxt bağlana
bilər. Amma həmin müqavilə nikahın dövlət tərəfindən qeydiyyata alındığı
andan hüquqi qüvvəyə minir. Deməli, rəsmi nikah yalnız bir nəfərlə
bağlana bilər. Bu baxımdan da, yalnız bir nikah müqaviləsi hüquqi
qüvvədə hesab edilir, o da nikah qeydiyyata alındığı andan etibarən”.
Hüquqşünas onu da qeyd etdi ki, nikah rəsmi qeydiyyata alınmayıbsa, həmin müqavilənin heç bir hüquqi əhəmiyyəti olmur:
"Əgər
tərəflər arasında nikah müqaviləsi bağlanıbsa, lakin nikah qeydiyyat
şöbəsində rəsmi (zaqs) qeydiyyata alınmayıbsa, nigah müqaviləsi heç bir
hüquqi qüvvəyə malik olmur”.