İş görüşməsinə çağrılmanıza kömək edəcək 5 önəmli məqam

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 874
Səs ver:
(səs: 0)
İş axtaran şəxslərin CV göndərdikləri şirkətlərdəki iş görüşmələrində uğursuzluqla üzləşməsi heç də az rast gəlinən durum deyil. Bəzən isə qarşı tərəf sizi iş üçün müsahibəyə belə dəvət etmir. Bu durumla üzləşməmək üçün təqdim etdiyimiz yazənı diqqətlə oxumağınızı tövsiyə edirik. Beləliklə, iş görüşməsinə çağrılmaq üçün sizə kömək edəcək 5 məqamı təqdim edirik. Xəyalınızdakı işlə məşğul olmaq istəyirsinizsə kəskin rəqabətlə qarşılaşacaqsınız. Hətta bir çox rəqiblərinizlə oxşar biliklərə, təhsilə və təcrübəyə sahib ola da bilərsiniz. Belə olduğu halda böyüyən rəqabətdə önə keçmək üçün size gücləndirəcək tək şey işə müraciət zamanı təqdim etdiyiniz ön yazı (cover letter)-niz olacaq. İnsan resursları (HR) sahəsində çalışanların çoxunun sadəcə ön yazı olan müraciətləri diqqətə aldığını bilirməkdə də fayda var. Bəs necə təsirli ön yazı hazırlaya bilərsiniz?

1) Salamlayaraq başlayın. Ön yazınıza bir xitabla başlamalısınız. Bu zaman işə götürmə prosesindən məsul şəxsin və ya insan resursları departamentinin menecerenin kim olduğunu tapıb, birbaşa ona xitab etməniz sizə üstünlük verəcək. Ancaq kimə müraciət olmalı olduğunuzu bilmirsinizsə “Hörmətli xanım/bəy”, “Hörmətli xanım və ya bəy”, “Hörmətli İnsan Resursları Meneceri” kimi xitablar yazmaq daha yaxşıdır.

2) Yazı dilinizə diqqət edin Ön yazı yazarkən məişət üslubundan uzaq durmalısınız. Ancaq çox rəsmi üslub istifadə etməniz də yaxşı olmaz. Hörmət çərçivəsində və səmimi üslubla iş seçiminizə uyğun yazı hazırlaya bilərsiniz.

3) Ön yazınızı xüsusiləşdirin Ön yazınızın müraciət etdiyiniz işə uyğun hazırlanması, göstərdiyiniz çabanı və işi nə qədər istədiyinizi əks etdirir. Əlbəttə, oxşar pozisiyalara müraciət etmək üçün bir şablon hazırlaya bilərsiniz, amma bunu hər işə uyğun olaraq yenidən düzəltməlisiniz. İş elanında tələb olunan bacarıqları vurğulayaraq bu işə nə qədər uyğun gəldiyinizdən bəhs edərək, niyə o şirkətdə və o vəzifədə işləməli olduğunuzu başa düşülən tərzdə yazmalısınız.

4) Qrammatik qaydalara riayət edin Bir çox İR menecerləri (HR) qrammatik səhvlər gördükləri ön yazıları dəyərləndirməkdilərini qeyd edir. Çünki bu vəziyyət profesionnallığınızın və işinizə nə qədər hörmət etdiyinizin təzahürü olaraq qəbul edilir. Əgər öz səhvlərinizi görə bilmirsinizsə yazını yazdıqdan sonra yoxlaması üçün bir dostunuzdan məsləhət ala bilərsiniz.

5) Formata diqqət edin Əgər ön yazınızı e-maildə əsas mətndə yox, qoşmaya əlavə edərək göndərəcəksinizsə mütləq PDF formatında olmasına çalışın. Unutmayın, bütün kompüterlərdə Word, Page və ya Open Office kimi proqramların eyni versiyası olmaya bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri