Yorğun İş Rejimində Gözəl Görünün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 233
Səs ver:
(səs: 1)
Sıx iş tempində özünüzə ayıracaq zaman tapa bilmir ancaq gün boyunca gözəl və baxımlı görünmək istəyirsinizsə təkliflərimiz tam sizə görə! Ofisdəki siyirtmələrinizdən birini praktik kosmetik məhsulları üçün ayırın, gözəlliyin kefini çıxarın!
Bağlayıcı: Kompüter ekranına baxarkən yorulan gözlərinizi canlandırmaq ya da birdən meydana çıxan qızarıqlıq, sızanaq kimi gözəlliyinizi kölgələyən problemləri ortadan qaldırmaq üçün pomada şəklində bağlayıcıları siyirtmənizdə mütləq saxlanın. Problemli bölgəyə bağlayıcını sürün və barmaq uclarınızla paylanın. Anında yox olduqlarını görəcəksiniz. Bağlayıcı seçərkən dərinizdən bir ton açıq ya da bir ton tünd olmasına diqqət yetirin.
Allıq: Yorğun yüzünüzü canlandırmaq üçün ən təsirli üsullardan biri almacıq sümüklərinizin üzərinə yüngülcə allıq sürməkdir. Kiçik boy bir allığı enerjili görünmək istədiyiniz zamanlar üçün siyirtmənizdə saxlayın. Orta boy bir allıq fırçasıyla almacıq sümüklərinizin üzərinə allığı sürün, üzünüzün anında canlandığını görəcəksiniz. Ofis mühiti üçün ən uyğun allıq rəngləri; toz çəhrayı, şaftalı və torpaq tonlarıdır.
Dodaq Parladıcısı: Çantanızda ya da siyirtmənizdə asanca saxlaya biləcəyiniz dodaq parladıcıları möcüzəvi xüsusiyyətə sahib kosmetik məhsullardır. Makiyaj etməyə heç vaxtınız olmasa belə yalnız dodaq parladıcısı sürərək canlı və gözəl görünə bilərsiniz.
Nəmləndirici Krem: Kondisioner ya da radiatorların meydana gətirdiyi süni hava; dərinizi mənfi təsir edər və qurudar. Kiçik boy nəmləndirici kremlər dərinizin ehtiyac duyduğu nəmi təmin etmək və siyirtmənizdə çox yer  örtmədən saxlamaq üçün idealdır.
Diş Fırçası və Məcunu: Makiyajınız nə qədər qüsursuz olursa olsun baxımsız dişlər bütün gözəlliyinizi kölgələr. Gün boyunca çay və qəhvə içməkdən saralan dişlərinizi təmizləmək üçün siyirtmənizdə diş fırçası və diş pastası mütləq saxlanın.
Praktik saxlama imkanı təqdim edən kiçik boy diş fırçaları və məcunları ofis siyirtməsi üçün idealdır və çox yer  örtməz.
Mükafatlandırın!
Gün boyunca işlədiniz və yoruldunuz. Özünüzü mükafatlandırmanın tam zamanı! Axşamüstü enerjinizi yüksəltmək və daha yaxşı hiss etmək üçün siyirtmənizdə aşağı kalorili şokoladlar və ləziz qoxulu bitki çayları saxlanın. Xüsusilə melisa, çobanyastığı köklü bitki çayları sakitləşdirici və  istirahət etdirici xüsusiyyətə malikdir.
Tərcümə etdi
: PRETTY_GİRL
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri