Evdən məşğul ola biləcəyiniz işlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 18 277
Səs ver:
(səs: 5)
Bezmiş bir evdar qadın ola bilərsiniz. Ya da artıq günün böyük bir hissəsini ofis divarları arasında keçirmək istəməyən bir professional qadın da ola bilərsiniz. İş qurmaq istəyən, amma bunun üçün bir ofis açmağa gərək qalmasın istəyənlərdənsinizsə ya da yeni bir ana olaraq home office işə niyyətlisinizsə, evdən edilə biləcək iş variantlarına gəlin birlikdə baxaq. Etdiyi işdən ilham alanlar üçün ilham verici ola bilər…

Dərs vermə
Akademik ya da müsiqi növündə növdə bir mütəxəssislik sahəniz varsa, evdə təlimçilik edə bilərsiniz. İbtidai məktəb səviyyəli riyaziyyat, ana dili kimi dərslərdən daha irəli yaşlar üçün İngiliscə, həndəsəyə, hətta yoqaya qədər dəyişik sahələrdə dərs verəcək şagird tapmaqda çətinlik çəkməzsiniz.

Yemək bişirmə
Mətbəxdə olmağı sevirsinizsə, yemək ya da tort, börək bişirməkdən zövq alırsınızsa, evinizi l bir istehsal mərkəzinə çevirə bilərsiniz. Bişirdiklərinizi restoranlara ya da şirniyyat məkanlarına sata bilərsiniz.

Yazı və illüstrasiya
Bu günə qədər başqa bir iş edirdiniz, amma içinizdə həmişə bir yazıçılıq sevgisi vardı? Bu sahədə özünüzü qabiliyyətli hiss edirsinizsə sərbəst yazıçılıq ya da redaktorluq edə bilərsiniz. Lakin redaktorluq üçün təcrübənizin olması əhəmiyyətlidir. Məzmuna ehtiyac duyan nəşr orqanlarıyla müqavilə edib onlar üçün istehsala keçə bilərsiniz. Bənzər bir iş də qrafik dizaynçılığıdır. Bu işlərə qabiliyyətiniz varsa, axtarılan bir işçi ola bilərsiniz.

Əl istehsalı məhsul satışı
Aksesuar hazırlamağı sevirsinizsə bunu niyə bir işə çevirməyəsiniz? Rəngarəng muncuqlar və zəncirlərlə yaratdığınız qəşəng aksesuar dizaynlarını ya da hörgü geyimləri  kimi satış saytlarına qoyaraq qiymətləndirə bilərsiniz. İşi daha da böyütmək istəsəniz öz adınıza bir satış saytı qurub satışlarınızı internet üzərindən idarə edə bilərsiniz.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 18 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri