1. Allaha şərik qoşmaq 2. Haqsız yerə (günahsızı) öldürmək 3. Sehr 4. Vaxtlı-vaxtında namaz qılmamaq 5. Zəkat verməmək (o kəslər ki verməlidirlər) 6. Ramazanda üzrlü səbəbsiz orucu pozmaq 7. İmkan olduqda Həcc ziyarətinə getməmək 8. Valideynlərin üzünə ağ olmaq (şəriətə zidd olmayan məsələlərdə itaət etməmək) 9. Qohumluq əlaqələrini kəsmək 10. Zina 11. Kişibazlıq 12. Riba (sələm, faiz) 13. Yetimin malını haqsızcasına yemək və ona zülm etmək. 14. Allah və Rəsulunun adından yalan danışmaq (Allah və Rəsulu demədiyini Onların adından demək) 15. Döyüş meydanından qaçmaq 16. Rəhbərin ədalətsizliyi, əhalinin aldadılması və əhaliyə zülm edilməsi 17. Təkəbbürlük. 18. Yalan şahidlik 19. Spirtli içkilərin (sərxoşedici hər bir şeyin) qəbul edilməsi 20. Qumar (azart oyunları) 21. İsmətli qadınlara böhtan atmaq (ləkələmək) 22. Qanunsuz qənimətləri ələ keçirmək. 23. Oğurluq 24. Quldurluq (soyğunçuluq) 25. Yalan and içmək 26. Ədalətsizlik (haqsızlıq) 27. Qeyri-qanuni (haqsız) vergi yığmaq 28. Haram yemək 29. Özünü öldürmək (intihar) 30. Yalan 31. Ədalətlə hökm verməyən hakim 32. Rüşvət 33. Kişilərin qadınlara və qadınların kişilərə geyimdə, davranışlarda və sair məsələlərdə özlərini bənzətmələri 34. Dəyyus (zövcəsini qısqanmayan kişi) 35. Zövcəsinə üç dəfə talaq vermiş kişinin yenidən zövcəsi ilə nigah bağlaması və ya həmin zövcənin birinci kişiyə (ərinə) qayıtmaq niyyəti ilə digər kişi ilə nigah bağlaması 36. Sidikdən (nəcisdən) təmizlənməmək 37. Riyakarlıq 38. Yalnız bu dünya üçün elm əldə etmək və elmi gizlətmək 39. Xainlik (xəyanət) 40. Qınamaq (başına qaxmaq) 41. Baxıcılıq (qeybdən, gələcəkdən xəbər vermək) 42. İnsanları güldürmək məqsədi ilə doğru olmayanları danışmaq (lətifə və s) 43. Qeybət etmək (söz gəzdirmək) 44. Lənətləmək (icazə verilməyən lənət) 45. Vədə xilaf çıxmaq (söz verdikdə yerinə yetirməmək) 46. Kahin, baxıcı və cadugarlara inanmaq 47. Qadının ərinə itaət etməməsi 48. Canlıların şəkillərini müxtəlif əşyaların və s. yerlərin üzərində çəkmək 49. Dünyasını dəyişmiş insandan ötrü qışqırıb ağlamaq, paltar və üz cırmaq, saç yolmaq, başını qırxmaq, öz üzərinə bəla və ölüm istəmək 50. Əziyyət vermək, zülm etmək (həddi aşmaq) 51. Qul, heyvan, qadın, uşaq və zəif olanlara əsassız (şəriətə zidd) əzab vermək və həddi aşmaq 52. Qonşuya pis münasibət göstərmək 53. Müsəlmanları incitmək (xətirinə dəymək) və təhqir etmək 54. Allahın qullarını incitmək (haqsızlıq etmək) 55. Təkəbbürlükdən topuqdan aşağı şalvar və s. geyinmək (kişilər) 56. İpək geymək və qızıl gəzdirmək, onlara söykənmək və oturmaq (kişilər) 57. Qulun sahibindən qaçması 58. Allahdan başqasına qurban kəsmək 59. Bir insanın onun atası olmadığını bilərək özünü onun oğlu kimi təqdim etmək, adlandırmaq 60. Faydasız (bihudə) mübahisə 61. İmkanı olduğu halda su istəyənə su verməmək 62. Çəkidə aldatmaq, özü üçün çəkdikdə artırmaq başqası üçün çəkdikdə isə azaltmaq. 63. Allahın sınaqlarına (imtahanlarına) dözə biləcəyinə özünə arxayın olmaq 64. Övliyalara (Allaha yaxın olanlara) zərər yetirmək, onları ittiham etmək. 65. Camaat namazlarını tərk etmək (üzürlü səbəbsiz) və daimi namazları təklikdə qılmaq 66. Cümə və camaat namazlarını tərk etmək (üzürlü səbəbsiz) 67. Zərərli (şəriətə zidd) vəsiyyət etmək 68. Kələkbazlıq və fırıldaqçılıq 69. Müsəlmanları izləmək və onların çatışmazlıqlarını (zəifliyini) yaymaq (danışmaq) 70. Səhabələrdən (Allah onlardan razı olsun) birini təhqir etmək. İmam Əz-Zəhəbinin kitabından (Əl Kəbair)