Qur᾽anda və rəvayətlərdə zifaf haqqında bə᾽zi məsələlərə toxunulmuşdur
ki, onlara riayət etmək qadının, kişinin və onların gələcək övladlarının
xeyrinədir.
Bu mövzuda əxlaqi tələblərdən biri budur ki, gəlin evə
gəldikdə bəy onun ayaqqabılarını çıxarıb, ayağını yusun. Onun suyunu
evin qapısından mümkün olan yerə qədər səpsin. Çünki bununla evdən
yetmiş min növ yoxsulluğun kökü kəsilir və onu yetmiş min növ bərəkət
bürüyür. Gəlinin başı üzərində yetmiş mələk pərvazlanır və onların
bərəkəti evin dörd bir yanını əhatə edir. Gəlin o evdə olduğu qədərincə
dəlilik, cüzam və s. kimi xəstəliklərdən amanda qalır.
Toyun ilk
həftəsində gəlin özünü süd, sirkə, kişmiş və turş alma yeməkdən qorusun.
Çünki ilk günlərdə bu dörd qida məhsulu onun bətninə mənfi tə᾽sir
göstərir. Belə ki, o sonsuzluqla qarşılaşmaq təhlükəsi ilə üzləşir.
Həzrət
Peyğəmbər (s) buyurmuşdur: «Əgər qadın sirkə yediyi zaman heyz olarsa,
heyzdən qurtarmağı gecikər. Kişmiş heyzi şiddətləndirir və doğuşu
çətinləşdirir. Turş alma heyzi tez kəsir və qanın bətndə qalması
müxtəlif xəstəliklər əmələ gətirir».
Ayın əvvəlində, ortasında və
axırında cinsi əlaqədə olmaqdan çəkinmək lazımdır. Bunun günortadan
sonra da baş verməsi məqsədə uyğun deyil.
Bu vaxt danışmaq, göz
dikmək olduqca məkruhdur. Zifaf zamanı digər qadının fikrində olmaq
dünyaya gələcək uşağın ruhiyyəsi üçün çox zərərlidir.
Zifaf zamanı sadə və yüngül libas geyinmək qadın və kişi üçün əxlaqi baxımdan yaxşıdır.
Bu işlə ayaq üstə məşğul olmaq heyvana məxsus və narahatlığa səbəb olan bir işdir.
Fitr
bayramı axşamı, qurban bayramında, ağac altında, gün altında, azan və
iqamə arasında, ev üstündə və Şə᾽ban ayının on beşinci gecəsi bu işlə
məşğul olmaq ziyandır.
Bazar ertəsi axşamı, çərşənbə gecəsinin ilk
saatlarında, cümə axşamı gecəsi və gündüzü, cümə günü gecə və axşamçağı
zifaf üçün əlverişli və maddi-mə᾽nəvi mənfəətlərə malikdir.
Zifaf
qadağan olunan günlərin dünyaya gələcək övlada aşağıdakı tə᾽sirləri
göstərməsi ehtimal olunur: dəlilik, cüzam, axmaqlıq, çəpgözlük, lallıq,
korluq, xəsislik, qadına bənzərlik, təfriqə və ayrılıq, sonsuzluq, altı
barmaq olma, dörd barmaq olma, yoxsulluq, tamahkarlıq, təcavüzkarlıq,
eybəcərlik, kütlük və s. kimi xislətlər.
Tövsiyə olunan vaxtlar isə
övlada Qur᾽anı əzbərləmək, Haqqın qəzası ilə razılaşma, iman, əzabdan
amanda qalmaq, mehribanlıq və səmimiyyət, ürəyi yumşaqlıq, səxavət və
əliaçıqlıq, şirin dilli olma, bilik və savad, din və dünya saflığı və
ilahi övliyalar məqamına ucalmaq kimi tə᾽sirlər göstərir.
Bu növ
tə᾽sirləri maddi vasitələrlə, tibbi yollarla müəyyənləşdirmək olmaz.
Həzrət Peyğəmbər (s) bu həqiqətləri Əliyə (ə) bir vəsiyyət kimi
söylədikdən sonra zifaf mövzusundakı qeyd olunan məsələlərə riayət
etməyi tapşırdı və «Cəbrayıldan eşitdikdən sonra mən də əməl etdim»-deyə
buyurdu. (Bihar, 100-cü cild, səh-280; İləlüş-şəraye, səh. 514-517;
Əmaliye Səduq, 566-570.)
Bu işin heç bir müqəddimə və hazırlıq
olmadan həyata keçirilməsi qadına zülmdür. Ona görə də belə bir iş
qadağan olunmuşdur. Müqəddimə ilə, hər hansı bir hazırlıqdan sonra bu
işlə məşğul olmaq kişi və qadın üçün ruhi və cismi baxımından olduqca
faydalıdır.
Peyğəmbər (s) buyurmuşdur: «Üç şey zülm
nümunələrindəndir: Bir şəxsin digəri ilə yoldaşlıq etdiyi bir halda,
onun adını və ya künyəsini soruşmaması. Qonaqlığa də᾽vət olunduqda
də᾽vəti qəbul etməmək və ya qəbul edib ev sahibinin yeməyindən yeməmək.
Heç bir atifi və cismi hazırlıq olmadan intim əlaqədə olmaq». (Bihar,
100-cü cild, səh-285.)
İmam Sadiq (ə) buyurmuşdur: «Üç şey
peyğəmbərlərin sünnəsindəndir: Gözəl ətirdən istifadə etmək, saçı
azaltmaq və qadının cinsi tələbatına lazımınca cavab vermək». (Bihar,
100-cü cild, səh-285.)
Əli (ə) buyurur: «Qadına yaxın durmamaq, onun cinsi tələbatını cavabsız qoymaq qəbir əzabına səbəb olur». (İləlüş-şəraye, 309.)
Heyz
halında zifaf günah, dörd aydan artıq heç bir üzr olmadan fasilə və ya
həyat yoldaşının razılığı olmadan bu işlə məşğul olmamaq əzaba səbəb
olur və cənabət halında məkruhdur.
Əmirəl-mö᾽minin (ə) buyurur: «Heç
bir hazırlıq olmadan intim əlaqədə olmaqdan qəti şəkildə çəkinin. Çünki
qadının atifi və cismi ehtiyacları vardır. Ona bu sahədə kömək edin.
Sonra isə istənilən şəkildə intim əlaqəyə girin. Gözünüz naməhrəm bir
qadına düşdükdə onun gözəlliyi sizi cəlb edərsə, dərhal öz qadınınızın
yanına gəlin. Çünki Allah o naməhrəm qadına verdiklərini sənin həyat
yoldaşına da bəxş etmişdir. Naməhrəm qadına göz dikməkdən əl çəkərək öz
arvadının yanına gəlmək, şeytanın qəlbə hakim olma yolunu bağlayır.
Arvadınız
olmadığı surətdə dərhal iki rək᾽ət namaz qılın. Allaha çox həmd edin.
Peyğəmbər (s) və ailəsinə çox salavat göndərin, sonra Allah-təaladan
diləyin. Allah-təala öz lütfü ilə sizi ehtiyacsız edəcək şeyi halal
edir. (Bihar, 100-cü cild, səh-287.)
Qadının cinsi tələbinə cavab
vermək insanı təəccübə gətirəcək qədər savaba malikdir. Bir rəvayətdə
qeyd olunur ki, İslam peyğəmbəri (s) bir kişiyə buyurdu:
- Bu gün oruc tutmusanmı?
Kişi:
- Xeyr.
- Hər hansısa bir xəstəyə baş çəkmisənmi?
- Xeyr.
- Dəfn mərasiminə getmisənmi?
- Xeyr.
- Bir miskinin qarnını doyurmusanmı?
- Xeyr.
Daha
sonra Rəsulullah (s) buyurdu: «Evinə qayıt. Həyat yoldaşının cinsi
haqqını ödə. Bu sənin üçün sədəqədir». (Həmən mənbə, səh-289.)
Az
yaşlı uşaq olan bir məkanda cinsi əlaqəyə girmək olmaz. Çünki ruhi və
əxlaqi baxımdan uşağa ziyandır. İmam Sadiqin (ə) buyruğuna əsasən,
uşağın gələcəkdə zinakar olması ehtimalı mövcuddur. ( Həmən mənbə,
səh-290.)
Çox tox halda bu işlə məşğul olmağın cismə ziyanı var. (Həmən mənbə, səh-290.)
Beşikdə südəmər uşaq baxarkən, bu işdən çəkinmək lazımdır. (Həmən mənbə, səh-295)
Doğrusu,
İslam əxlaqi, tərbiyəvi məsələlər, xüsusilə də qadınların hüquqlarını
qorumaq, həyatın bütün sahələrinə diqqət, fərdi, ictimai və ailə və
maddi və mə᾽nəvi məsələlərə baxışı baxımından çox əzəmətli və aqilləri
heyran edən bir dindir. Bəli, belə də olmalıdır. Çünki o, Haqq vəhyinin,
Peyğəmbər və Əhli-beyt (ə) dünyagörüşünün məhsuludur.