İslam evlənməyin asan olması üçün sədd və maneələri bu mühüm işin
yolundan qaldırmışdır. İslam nəzərincə cehiz və mehriyyə nə qədər az
olsa bir o qədər yaxşıdır. Bir qayda olaraq Peyğəmbər (səlləllahu əleyhi
və alih)-in, mə`sum İmamların (əleyhissalam) və İslam dininə iman
gətirmiş ilk müsəlmanların adətindən mə`lum olur ki, evlənmək qarşısında
maneə yoxdur, ona görə ki, onlar bütün çətinlikləri aradan götürmüşlər.
İslam
batil və xurafat olan məsələləri kənara atmışdır. Rəsuli Əkrəm
(səlləllahu əleyhi və alih) bu barədə "Xurafat İslamın ayağı altında
(əzilmiş və) aradan getmişdir”-deyə buyurmuşdur. Həzrət Peyğəmbərin
(səlləllahu əleyhi və alih) öz izdivacı, eləcə də qızı Həzrət Fatimeyi
Zəhra salamullah əleyhanın ər evinə getməsi bunu göstərir ki, İslam
xurafat və cahiliyyətlə lazımınca mübarizə aparmışdır.