Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Behişt qapısının toxmağı qırmızı yaqutdandır, üstü qızıldandır. O zaman ki, qapının toxmağı üstünə dəyir, səs gəlir: "Ya Əli!"". Deməli behişt qapısının da zəngi vardır və bu zəng "Ya Əli!" səsi çıxardır. Bəs niyə "Ya Əli!"? Bu haqda Əllamə Təbatəbai buyurur: "O zaman ki, bir qonaq evə gələndə ev sahibini səsləyir, əgər ev sahibinin müəyyən adı vardırsa, qonaq da həmin adı çağırır. Behiştin sahibi və qonaq qarşılayanı - Əli ibn Əbutalibdir (ə). Ona görə də behiştin qapısı "Ya Əli!" səsini çıxardır. Çünki o insan ki, behiştə gedər, bu nəslin hidayət və rəhbərliyi sayəsindədir və bu nəslin qonağıdır. Əgər bu təyyib nurlar olmasaydı, heç kəs behişt yolunu gedə bilməzdi".