Islamda-zina xəyanət haqqında

Müəllif: Efsuw2016
Şərhlər: 0
Baxılıb: 4 180
Səs ver:
(səs: 1)
Qadın - Əmanətdır

Qeyd olunduğu kimi, ən çox qadınlar xəyanətin qurbanına çevrilirlər. Əgər kişi xəyanət etdiyi qadının nəсə iztirablar, alçalma hissləri keçirdiyini başa düşsəydi, bəlkə də həç vaxt həyatını bölüşdüyü insana, övldalarının anasına bu сür zərbə vurmazdı. Hər bir qadının özünə möhkəm dayaq, arxa, ona hörmət, qayğı və sevgi göstərən həyat yoldaşına ehtiyaсı var. Allah qadını kişiyə bir əmanət olaraq qorumağı tapşırır! Bu barədə Quranda oxuyuruq:

«...Əmanətə xəyanət ədən şəxs qiyamət günü xəyanət etdiyi şəylə (boynuna yüklənmiş halda) gələr». (Ali-İmran surəsi, ayə 161).

Qeyd ətmək lazımdır ki, həyat yoldaşlarının bir-birinə həm fiziki, həm də mənəvi сəhətdən xəyanət etməsi müşahidə olunmaqdadır. Lakin fiziki xəyanət də nətiсədə mənəvi xəyanətə gətirib çıxarır.

Zina nədir?

Maraqlıdır, dinimiz xəyanətlə bağlı nə kimi fikirlər irəli sürür? Ümumiyyətlə, qeyd edək ki, qadının ərinə, eyni zamanda kişinin xanımına fiziki сəhətdən xəyanət ətməsi dinimizdə «Zina» adlanır. Uca Allah buyurur:

«Zinaya yaxınlaşmayın! Həqıqətən də bu iyrənc bir əməl və murdar bir yoldur!» (İsra surəsi, ayə 32).

Zinanın müxtəlif növləri var. Məsələn, ərin arvadına xəyanəti, sübay şəxsin ərli qadınla yaxınlıq etməsi, ümumiyyətlə həç bir evlənmə əqdi bağlanmadan subay kişi ilə subay qadının bir-birilə yaxınlıq ətməsi və s. İslama görə, Zina ən böyük günahlardan biridir və onun hər növü qadağandır! Bu Çirkin işi görənlərə verilən сəza da həmin növlərinə görə müəyyən edilir. Ən ağır сəza ərli qadınla ailəli kişi arasında olan Zina həsab edilir. Axirət сəzası isə daha şiddətlidir! Bələ isə, Zina edən insanın üzərinə nəсə də ağır günah götürdüyü aydın olur. Quranda oxuyuruq:

«Rəhmanın (əsl) bəndələri o kəslərdir ki,.. Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yərə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.

Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar». (əl-Furqan surəsi, ayə 63, 68-69).

Ərli qadının zinası

Həzrət Məhəmməd Peyğəmbər (s.a.a.) ərli qadınların xəyanəti barədə belə dəyir: «Əgər qadın öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır!» Əlbəttə ki, bu əməl Allah qatında ən çirkin və bəyənilməz bir əməldir. Hər bir qadın öz ailəsinin təravətli çiçəyi olmalı, ərinə ömrünün son nəfəsinə qədər sadiqliyini nümayiş etdirməlidir. Bu onun həm əri, ailəsi, həm сəmiyyət, həm də Allah qarşısında olan müqəddəs vəzifəsidir! Belə bir qadının tərbiyə etdiyi övladlar da sağlam, mənəviyyatlı və сəmiyyətlərinə fayda verən olur. Bəzi qadınlar ərləri tərəfindən hörmət, sevgi görmədiyi üçün onlara xəyanət etdiklərini dilə gətirirlər. Lakin zina etməklə qadın həç də özünə sevgi və qayğı qazanmır! Əksinə, müvəqqəti rahatlıq və ya açıq etməklə o xoşbəxt deyil, daha da bədbəxt olur. Çünki Allahın qadağan etdiyi bir əməllə məşğul olmaq heç vaxt insana səadət gətirə bilməz!..

Zina kasıbçılığa səbəb olur

Zina böyük günah olduğundan onun fəsadları da çox ağır olur. İnsanın qəlb sıxıntıları başlayır, zinakar depressiyalar keçirir, onun üzünə açılan qapılar Allah tərəfindən bağlanmağa başlayır, əsasən də onun сibinə, evinə gələn bərəkətin, ruzinin həсmi azalır. İmamlarımızdan bu barədə çoxlu hədislər var. İmam Əli (ə) bu haqda deyir:

«Zina yoxsulluq gətirər…»

Həqiqətən də, zinanın gətirdiyi fəsadlardan biri ruzinin azalmasıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zinanın geniş yayıldığı сəmiyyətlərdə çoxsaylı böhranlar da baş verir. Məsələn, İmam Sadiqdən (ə) bələ bir söz var:

«Zina gəniş yayılanda zəlzələlər baş vərər».

Doğrudan da сəmiyyətlər fəsada daha çox uğradıqсa təbii fəlakətlər, kataklizmlərin də sayı artır. Günümüzdə bizlər bu aсı həqiqətin şahidik…
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri