Düzgün namaz

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 888
Səs ver:
(səs: 0)
Həzrət Peyğəmbərin (s) səhabələrindən biri nəql edir: "Bir gün Peyğəmbərlə (s) məsciddə əyləşmişdik. Bir kişi daxil oldu və iki rükət namaz qıldı. Sonra Həzrətin (s) yanına gəlib, salam verdi.

Qadinla.com bildirir ki, Həzrət Peyğəmbər (s) o namaz qılan zaman ona gözucu baxırdı. Salamın cavabını alandan sonra buyurdu: "Qayıt və namaz qıl ki, namaz qılmamısan".

Üçüncü və dördüncü dəfə də belə oldu və kişi dedi: "And olsun o kəsə ki, Kitabını sənə nazil etmişdir. Çox çalışdım, ancaq daha yaxşı qıla bilmədim. Mənə (namazı düzgün qılmağı) göstər və məni agah et".

Həzrət (s) buyurdu: "Nə zaman namaz qılmaq istəsən, yaxşı dəstəmaz al. Sonra üzünü qibləyə tərəf çevir və təkbir de. Qiraətdən sonra rükuya get ki, rükuda aram olasan. Sonra qalx ki, düz dayanasan. Sonra səcdəyə get ki, səcdədə aram olasan. Sonra qalx.
Əgər namazını bu cür sona çatdırsan - tamamdır və o şeyi ki, bundan azaldarsan - namazından azaltmış olarsan". (Həvzəh)

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazlarını 40 gün camaatla qılar, belə ki, bir "Təkbirətul-ehram"ı tərk etməz, onun üçün iki azadlıq bəraəti yazılar: biri nifaqdan nicat tapmaq üçün, biri də atəşdən xilas olmaq üçün".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri