Öz yerinə başqa insanı Həcc ziyarətinə göndərmək olarmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 208
Səs ver:
(səs: 2)
Olar, ancaq bunun üçün bir çox şərtlərə
əməl olunmalıdır. Məlumdur ki, Həcc ziyarəti
kasıblara yox, varlı müsəlmanlara fərz
buyurulmuşdur. Buna görə də maddi imkanı
olan, ancaq ağır xəstə olduğu və ya qocalıb
əldən düşdüyü üçün ziyarətə gedə bilməyən
müsəlman öz əvəzinə başqasını Həcc
ziyarətinə göndərə bilər. Bunun üçün o, belə
bir adamı axtarıb tapmalı və təklifini
bildirməlidir. Arada razılaşma olmalıdır.
Göndərən adam Həccə gedənin bütün yol
xərclərini, lazım olan məsrəfləri ödəməli,
onun ailəsinin həmin müddət ərzində
normal dolanışığı üçün maddi məbləği
təmin etməlidir. Yəni Həccə gedən adamın
nə özü maddi sıxıntı çəkməli, nə də gözü
arxada qalmalıdır. Gedən adam ehrama
girərkən və qurban kəsərkən öz adından
yox, göndərənin adından niyyət etməlidir.
Həmin şəxs Həcc ziyarətini yerinə yetirib
qayıtdıqdan sonra Bədəl (bu söz ərəbcədə
əvəz deməkdir), onu ziyarətə göndərən şəxs
isə Hacı adını qazanır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri