Xərçəngdən qorunmaq üçün döşəmə sil!

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 336
Səs ver:
(səs: 2)

 

 
Əksər evdar xanımlar evdə oturmaqdan, ev işləri görməkdən bezdiklərini dilə gətirsələr də, alimlər onları xoşbəxt, rahat həyat tərzi olan qadın hesab edirlər. Dəfələrlə evdar qadınların işgüzar qadınlara nisbətən daha uzunömürlü olmasını, onların iş mühitindəki stressdən, əsəbdən uzaq olması səbəbindən xəstəliklərə tutulma riskinin aşağı olduğunu aşkarlayıblar. Bu dəfəki araşdırma da kifayət qədər maraqlı olub. Düşünürük ki, araşdırmanın nəticələrini bilən evdar xanımlar bundan sonra öz işlərindən məmnun olacaqlar.  Çünki...
Ev işləri ilə məşğul olmaq qadınlarda süd vəzi xərçənginin yaranma riskini 13% azaldır.  Oksford universitetinin alimləri belə qənaətə gəliblər ki, gündə ən azı 3 saat ev işləri ilə məşğul olmaq qadında bu xəstəliyin qarşısını alır.  Onlar "Cancer Research UK” proqramı çərçivəsində 257.805 avropalı qadının sağlamlığını təhlil edib sonda bu nəticəyə gəliblər. Alimlər bildiriblər ki, müxtəlif fiziki hərəkətlər süd vəzisində xərçəngin yaranmasının qarşısını alır. Ev işləri də fiziki hərəkətlər sırasına daxil olduğundan, paltar yumaq, ütüləmək, otaqları təmizləmək və digər ev işləri xanımların sağlamlığına xeyli faydalıdır, onlarda süd vəzi xərçənginin yaranmasının qarşısını alır. 
Bir sözlə, əziz xanımlar, ev işlərindən gileylənməyin, çünki o işlər sağlamlığınıza müsbət təsir göstərir.

 

 

 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri