Qadınların sevdiyi 10 kişi tipi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 407
Səs ver:
(səs: 1)
Qadınlar nə istədiklərini bilməyən varlıqlardır. Hansı tip kişini sevdiklərini izah edə bilməzlər. Amma sevdikləri tipləri daha tez görməyi bacarırlar.

Qadinla.com qadınların imtina edə bilmədiyi 10 kişi tipini təqdim edir.

Aşbaz kişilər. Mətbəxdə nə edəcəyini bilən bir kişi, qadına təsir edə bilər. Heç bir qadın onun üçün hazırlanmış axşam yeməyinə “yox” deməz.

İdmançı. Üsyankar, atletik eyni zamanda disiplinli. İdmançı kişilər qadınların xoşladığı kişi tipləri sırasında ikinci gəlir.

Pis uşaq. Nə edəcəyi bilinmir, qərarsız, heç bir şeyə dəyər verməz, ancaq qadınlar ona heyrandırlar. İki kişi arasında seçim etməli olan qadınlar, hər zaman pis uşaq obrazını seçərlər. Dayanılmaz cazibəsi və şeytan tükü ilə “pis uşaq” qadınların ən çox bəyəndiyi kişi tiplərindəndir.

Yanğınsöndürən. Alovlarla savaşan adam həm güclü, həm də cəsurdur. Üstəlik, yaraşıqlıdırsa, hər şey tamamdır.

Musiqiçi. Getdiyi konsertdə səhnədə performans sərgiləyən biri ilə sevgili olmağı kim istəməz ki?!

İt saxlayan kişilər. İtin cinsi nə olur, olsun, xüsusən 30 yaşdan yuxarı qadınlar üçün bu kişilər möhtəşəm hesab edilir. Çünki onlar şəfqətli və məsuliyyəti dərk edən tiplər olur.

Cərrah. Qadınlar cərrahları daha seksual hesab edir. Yaraşıqlı bir cərrahda həm zəkanı, həm gözəlliyi bir arada görə bilir.

Xarici vətəndaş. Fərqli və olduqca sirli. Fərqli vərdişləri olan xarici vətəndaş özəlliklə başqa ölkəyə getməmiş qadınlar üçün daha maraqlıdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri