Daraq insanların qədim kəşflərindən biridir. Bunu arxeoloji qazıntılar da sübut edir.
İlk daraqlar sümük, buynuz və ağacdan hazırlanıb.
Qadınların ilk kosmetik aləti də məhz daraq olub.
Tarix boyunca daraqlar müxtəlif funksiyalar yerinə yetirib. Şərq qadınlarının ilk daraqları balıq sümüyü olub. Avropada tapılan ilk daraqlar daş dövrünə aiddir.
Zaman keçdikcə daraqlar varlı insanların fəxr obyektinə çevrilib. Onları qiymətli metallardan, fil sümüyündən hazırlayıb, üzərini daş-qaşlarla bəzəyiblər.
Orta əsrlərdə daraqların üzərində mələklər, mifoloji heyvanlar təsvir olunurdu. Zaman keçdikcə xüsusi daraq ustaları meydana gəldi. Bir usta gündə 10-15 daraq hazırlaya bilirdi.
Bu dövrdə daraqlar daha çox ağacdan hazırlanırdı.
1862-ci ildə plastmasın ixtirası ilə daraqlar hamının gündəlik alətinə çevrildi. Həm varlı, həm də kasıblar artıq daraqdan istifadə edə bilirdilər.