Qadının gözündə ideal kişi necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 212
Səs ver:
(səs: 0)

Qadının gözündə ideal kişi necə olmalıdır?

Qadınlar qəhrəmanları sevir. Hər bir kişi istəsə, qəhrəman ola bilər. Amma qadın üçün ən əsası kişinin etibarlı olmasıdır. Qadın kişidə dayaq axtarır. Bunun üçün ekstremal situasiyalara ehtiyac yoxdur. Qadına etibarlılıq hissi yaşadan onun ürəyini yarıya qədər fəth edə bilər. Super qəhrəman olmağa gərək yoxdur, sevgilisinin problemlərinə biganə qalmamaq kifayətdir. Etibarlı olmaq - bu, lazım olanda kömək etmək bacarığıdır. Amma bununla belə, qadının hər çağırışında qaçmaq lazım deyil. Bu halda onun köməyi sizə adi hal kimi görünəcək. Bu, sağlamlıq kimidir: olmayanda ağlayırıq, olanda ciddiyə almırıq. Ona görə kişi qadına bir neçə dəfə etibarlı olduğunu sübut etməli, qula çevrilməməlidir.

Qadınlar güclü kişiləri sevir, həm fiziki, həm də ruhi. Qadınları həmişə iradə və güclü xarakter cəlb edir. Axı özünə inanan və güclü kişi həmişə çətin situasiyadan çıxış yolu tapacaq, sevgilisini xoşagəlməzliklərdən qoruyacaq. Fiziki güclü kişi isə, bahalı daş-qaş taxmaq, təhlükəli səyahətə çıxmaq, gecə qaranlıq küçələrdə gəzmək qorxulu deyil. Onunla həyat müxtəlif və doludur. Güclü olmaq üçün kişi mərdlik göstərməlidir. Mərdliyi isə hər kişi pzünə görə başa düşür. Kimisi sevgilisi üçün eyvana dırmaşır, kimisi bir gecəyə kurs işi yazır və s.
Qadınlar əliaçıq kişiləri çox sevirlər. Adətən, əliaçıq kişi deyəndə varlı kişi başa düşülür. Axı varlı kişiyə əliaçıq olmaq daha asandır, o, sevgilisinin istənilən arzusunu həyata keçirəcək. Amma əslində əliaçıq olmaq üçün super varlı olmağa ehtiyac yoxdur. Ən əsası, pulu ağıllı xərcləməkdir. Bunun üçün isə, zehni qabiliyyət olmalıdır.
Ürəyiyumşaq kişi hamının rəğbətini qazanır. Amma xoş xasiyyəti özünü qurban vermə ilə səhv salmaq olmaz. Əgər kişi xeyirxah iş görərək ürəyində özünü qurban verdiyini düşünərsə, qadın tərəfindən heç bir sevgi qazanmayacaq, qadın o dəqiqə onu başa düşəcək, əlbəttəki, əgər ağıllıdırsa və empatiyası varsa.
Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri