2014 gozellik kodu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 287
Səs ver:
(səs: 0)
2011 gozellik kodu

Estetikdə də makiyajda da 2011-ci il qətiliklə təbii görünüş öndə olacaq... Makiyajlı amma makiyajsız, təbii amma intimual...

2011-ci ildə gözəlliyin kodu da dəyişdi.

Sirrli boz kölgələr

Makiyajda qaşa qədər tətbiq olunan boz kölgələr sirrli bir təsir yaradarkən, qısa və kvadrat dırnaqlara sürtülən inci boz laklar çox müvəffəqiyyətli bir təsir yaradır.

Photoshoplu kimi bir görünüş

Qüsursuz, hamar, aydın və təmiz bir dəri. Tonal kremli, amma qəlib kimi sürtülmüş təəssüratı verməyən. Makiyajlı amma makiyajsız bir təsir.

Saçlarda bant efekti

Saçlarında dəyişiklik sevənlər üçün qurtarıcı bir həll. Hər gün fərqli rəng və modeldə, fərqli tətbiqlərlə istifadə edəcəyiniz saç bantlarıyla fərqli bir siz yarada bilərsiniz.

Çılpaq gözlər

Etməniz lazım olan çox sadədir. Güclü və təsirli bir tuş ilə gözlərinin təbii gözəlliyini ortaya çıxarın. Xüsusilə rəngli gözlülərə tövsiyəmizdir.

Həcmli saçlar

Yaradacağınız həcmlə bütün diqqəti saçlarınızda toplayarkən, digər qadınlara görə bir addım qabaqda olacaqsınız.

Donuq amma intimual

Üsyankar ruha gözəl bir qoxu qarışsa kişiləri cəzb etməmək söz mövzusu ola bilməz.

Qaşlara Diqqət!

Tünd, qalın, qurulmuş, xarakterli qaşlar. Sizin niyə olmasın?

Trend - Təbii buruqluq

Və bəli, bu il trend təbii buruq saçlardır. Çiyinlər üzərində yellənən, intimual təsir yaradan təbii saçlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri