Gözəl qadın

Müəllif: Gülşən
Şərhlər: 5
Baxılıb: 5 840
Səs ver:
(səs: 1)
Gözəllik… Çox gözəl  sözdür, amma hazırda “seksual” sözü qədər çox işlənmir. Əslində “gözəl” sözü seksual olmayan qadınlara demək üçün istifadə edilir. Qadınları təsvir etmək üçün yüzlərlə söz istifadə etmək olar, amma “gözəl” qədər təsirlisi ola bilməz. Gözəl qadın bəlkə də ilk görüşdə sizin diqqətinizi cəlb edən qadın deyil, çünki onun əsl gözəlliyi zamanla ortaya çıxır və sizi ciddi mənada məst edir. Belə qadınlar həqiqətən çox dəyərlidir və onlarla birlikdəsinizsə, özünüzü şanslı hiss etməlisiniz.

Qadını “seksual” olmaqdan savayı, həm də gözəl edən 10 təməl xüsusiyyət:

Həyat eşqi, xarici görünüşdən daha çox diqqət cəlb edir
Yaşamaq eşqi ilə alışıb yanan, özünəməxsus həyat həvəsi olan qadından daha gözəli yoxdur. Yaşamaqdan ləzzət alan, həyatı iliklərinə qədər hiss edən qadınlar çox dəyərli və maraqlıdır. Bu tip qadınlarla yatağa girməkdən çox, onlarla söhbət etmək və onları tanımaq istəyir kişilər. Həyat eşqi yolxucudur, belə qadınlarla münasibət sizi də həyata daha sıx bağlanmağa və mübarizə aparmağa həvəsləndirir.

Reallığı sizdən gizlətmir
Hər bir qadının bəzənmək haqqı var, bunun pis bir şey olduğunu heç kim deyə bilməz. Fəqət gözəl bir qadın, öz təbii üzünü makiyajın arxasında gizlətməyə ehtiyac duymur. Əgər qarşınızdakı qadın xarakterə sahibdirsə, özünü başqalarına bəyəndirməkdən daha çox, özünü özünə bəyəndirmək və özünə xoş görünmək üçün kosmetikadan istifadə edir. Bu qadınlar bilir ki, sizə gözəl görünmək kimi bir borcu yoxdur, ürəkləri necə istəyərsə, elə də edərlər
Sirli qadın deyəndə, axan sular dayanar. Digər insanlarla olan münasibətlərini özündə saxlayan və yersiz şəkildə bu haqda danışmayan qadın, ətrafdakı insanlar üçün sirli qalır. Bu da onu gözəlləşdirir. Belə qadınla birlikdə olsanız, onun sürprizlərlə dolu olduğunu və hər gün onu daha da çox sevdiyinizi görəcəksiniz.

Gözəl qadın eqoist deyil və sizə qayğı göstərir
Bir qadının eqoist olmamağından daha gözəl bir şey varmı? Gözəllik, ətrafındakı digər insanlara da, digər canlılara da əhəmiyyət verən qadınlarda mövcud ola biləcək xüsusiyyətdir.

Yeniliyə açıqdır
Gözəl qadın özünü məhdudlaşdırmaz. Yeni fikirlərə, yeni məkanlara və yeni insanlara açıq olar. Kompleksə girib yeniliklərdən çəkinməz.

Təmiz ürəyi var
Hər kəsin qabağına mütləq daxilən pis olan qadınlar çıxıb. Amma əsl gözəl qadının ürəyi təmiz olur. Həqiqətən gözəl olan qadın qəşəng düzəldilmiş saçlarından və ya geydiyi qəşəng paltarlarından savayı təmizliyi ilə fərqlənən ruhuyla gözə çarpır.

Gözəl qadında ifadəsi mümkün olmayan nəsə var
Gözəl qadında izahı mümkün olmayan bir şey var. Əgər kimsə səndən soruşsa ki, onu niyə bu qədər gözəl hesab edirsən? Bu suala cavab verə bilməzsən. Başqa heç kim görmədiyiniz, yalnız ona xas olan və sizi məst edən o “şey” əslində bu qadını gözəlləşdirən şeydir. O sirli şeyin nə olduğunu heç vaxt bilməyəcəksiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri