Ailə münasibətləri üzrə mütəxəsisslər evli cütlüklərə hər gün 5 dəqiqə sakitcə bir-birinə baxmağı məsləhət görür.
Mütəxəssis
Mehmet Yavuz, evliliyin 4 min illik taxiri bir qurum olduğunu deyib.
Hazırda evli insanların ən böyük problem bir-biri ilə yola gedə
bilməməkləridir. Ailələrin xoşbəxt olmadıqlarının başlıca səbəbləri,
güzəştə gedə bilməməkləri və eqolarını hər şeydən yüksəkdə tutmalarıdır.
Evlilik
qərarı verməzdən əvvəl insanlar bir-birini yaxşı tanımalıdır. Ani
evlilik qərarı verən cütlüklər isə bir-birini yaxşı tanımaqdıqlarına
görə bir il keçdikdən sonra boşanır. Mütəxəssis xoşbəxt evlilik həyatı
yaşamaq üçün bir neçə ipucu verib.
Elmi araşdırmalar zamanı 100
cütülkdən 5 dəqiqə bir-birinə baxmasını xahiş ediblər. Bu araşdımanın
nəticəsi isə olduqca maraqlıdır. Bir-birinin üzünə baxan cütülüklər
arasında aşiq olub, hətta evlənənlər də olub. Bu araşdırmanı evil
insanların da tətbiq etməyini məsləhət görürlər.
Evli insanlar
arasında problemləri həll etməyin ən optimal variant özünü həmin insanın
yerinə qoymaqdır. Özünü həyat yoldaşının yerinə qoyan zaman tərəfdaşını
daha yaxşı anlayır. Hər məsələni mübahisəyə çevirməyin
Sağlam
və uğurlu ailə həyatı üçün əlinizdə olanların qədrini bilin. Ancaq
pulun sayəsində xoşbəxt ola bilcəyinizi düşünməyin. Maşın, pul, ev,
bahalı geyimlər uğurlu ailə həyatının göstəriciləri deyil. Əlbəttə ki,
yaşamaq üçün pul lazımdır. Lakin bunu həyatınızın əsas hədəfinə
çevirməyin. Xırda məsələlərdən zövq almağa və xoşbəxt olmağa cəhd
göstərin. Aranızda olan səhvləri qulaq ardına vurmayın. Nəyisə
aranızda müzakirə etməsəniz, heç nə həll olmayacaq və üst-üstə
yığılacaq. Nəticədə isə əsəb partlayışı baş verə bilər. Bunun qarşısını
almaq üçün bəyənmədiyiniz və sevmədiyimiz xüsusiyyətləri həyat
yoldaşınıza söyləyin. Bazar günləri gözəl səhər yeməyi hazırlayın və
ətrafında toplaşıb həftə ərzində baş verən hadisələr haqqında uzun
söhbətlər edin.
Hərdən ikilikdə kinoteatra, teatra, gəzintiyə və
ya gözəl istirahət məkanlarına gedin. Bu kimi əyləncələr sevginizi
təzələyəcək və münasibətləriniz yenidən canlacaq.
Statiskalara
görə, dünyada tək yaşayan insanların sayı 277 milyondur. 15 il əvvəllə
müqayisədə bu rəqəm 55 dəfə artıb. İnsanların əksəriyyəti də əvvəlki
illər nisbətən evlənməkdən daha çox qorxur.
Boşanan qadınların
əksəriyyəti işləyən qadınlar təşkil edir. Qadınların işləməsi evdə
müxtəlif problemlərə səbəb olur və boşanmaya gətirib çıxarır.