Cinsi istismar bir adamın öz razılığı xaricində cinsi bir hərəkətə hədəf olması ya da buna cəhd edilməsidir. Qadın, kişi, uşaq, gənc, yaşlı, hər cinsiyyətdən, hər peşədən və hər sinifdən insan cinsi istismara uğraya bilər. Cinsi istismar sözlə, toxunmaqla, davranışlarla ola bilər. Cinsi istismarla hər yerdə və hər mövqedə qarşılaşıla bilər. Qurban və faillər bəzən bir-birini heç tanımaz amma bəzən də bu kəslər daha əvvəldən tanınan hətta ailə içindən biri ola bilər. Xüsusilə bu növdən hərəkətlər təkrarlanılan tərzdə olduqlarında fərd üçün çox daha ağır nəticələndirər doğura bilər.