Bəs ancaq qadınlar ən çox nələrdən qorxur?
Stomatoloq:Bilindiyi kimi,hər hansı bir diş problemimiz olmasada, ildə iki dəfə ağız və diş sağlamlığı yoxlatdırmamız lazımdır.
Bunu nizamlı bir şəkildə etdirən insanlar hər yeni altı aylıq müddət yaxınlaşdığında, hər hansı bir problem üçün deyil, ancaq müayinə üçün gedəcək olmalarına baxmayaraq stomatoloqdan qorxurlar. Stomatoloqdan qorxmanın ən əhəmiyyətli səbəblərinin başında iynə qorxusu gəlməkdədir. Bundan əlavə daha əvvəldən yaşanmış pis bir təcrübə ya da adamın özünü stomatoloqa möhtac hiss etməsi də stomatoloq qorxusu üçün kafi səbəblər arasında sayıla bilməkdədir.
İt:Bəzi insanlar evlərində it saxlayarkən və onları özlərinə dost edərkən,bəzi insanların da itlərə qarşı inanılmaz bir qorxuları vardır. Kynophobia adı verilən it qorxusu insanlarda bəzən daha əvvəl yaşanılan it dişləmələri səbəbiylə meydana gələrkən,bəzilərində də it tərəfindən dişlənilən bir adamı çox yaxından görmək səbəbiylə ortaya çıxa bilər. Ancaq, heç bir itlə problem yaşamamış olmasına baxmayaraqda itdən qorxan insanların sayı olduqca çoxdur.
Təyyarə:Təyyarədən qorxan insanların sayı o qədər çoxdur ki, hələ ancaq Amerikada təyyarədən qorxan 25 milyon insan vardır. Təyyarə qorxusunun iki səbəbi vardır: Bəziləri təyyarənin qəza etməsindən qorxarkən, bəziləri təyyarə içərisində bağlı qalmaq səbəbiylə qorxu problemi yaşamaqdadır.
Şimşək:Bu qorxudan əziyyət çəkən çox sayda insan var.Bildiklərimizin yanında bilmədiklərimizin sayı daha çoxdur. Şimşəkdən qorxan insanların qorxuları bəzən elə coxolar ki, insanlar birləşərək toplu halda havası daha sakin olan yerlərə köç edə bilərlər. Əslində bu səbəblə, uşaqlarımızı da şimşəklə qorxudub, ağıllı olmaları yönündə tərbiyə etməməmiz lazımdır.
Qaranlıq:Uşaqların qorxudulmaması lazım olan şeylərdən biridə qaranlıqdır.Uşaqlar qaranlıqdan ümumiyyətlə qorxurlar. Uşaqların içlərində qaranlıq qorxusu elə bir hal ala bilər ki,qaranlıqda yatağın altından ya da bir şkafın içindən kiminsə çıxa biləcəyi, evə oğruların girəcəyi, özünün qaçırılacağı, əşyalarının və xüsusilə də oyuncaqlarının oğurlana biləcəyi qorxusu, beyinlərinə yol tapar.
Hündürlük:Cəmiyyətin 3–5%-də çox təsadüf edilən bu qorxu, fobiya halını aldığında akrofobi adı ilə xatırlanmaqdadır. Akrofobiyası olan bir adam, hündür bir yerdən aşağı baxdığında ya da yerdən yüksək bir binaya baxdığında, nəfəs alış verişləri sürətlənib, ürək atışları da qüvvətlənən adamdır. Bu insanlar hündür bir yerdən aşağı baxarkən olduqları yerin əslində olduğundan dörd qat daha hündür olduğunu hiss edərlər və qorxuları bir qat daha artar.
Digər insanlar: Çox insan içərisində danışmaqdan çəkinirsinizsə, üzünüz qızarırsa və özünüzü xəstə kimi hiss edirsinizsə deməli bu qorxu sizdə də var. Ancaq bu qorxuda da tək olmadığınızı bilməniz lazımdır. Amerikada insan çoxluğundan qorxan insan sayı 15 milyondan çoxdur. Ancaq çoxluq qorxusu olan insanların qorxularının daha irəliləmiş halı başqa insanların yanında yemək yeməkdən ya da bir şey içməkdən qorxmağa qədər gəlib çata bilər. Bu qorxu ümumiyyətlə 13 yaşlarından etibarən başlayır və hiss edildiyi anda müalicə edilməsi lazımdır.
Qorxuducu sahələr: Bu sahələr ümumiyyətlə hər hansı bir problem olduğu vaxtlarda qaçıb qurtarmaq çətin olan sahələrdir. Məsələn: liftlər, körpülər. Bu kimi sahələrdə qorxan insanlarda agorafobiyanın varlığından söz edə bilmək mümkündür.
Hörümçək: Hörümçək kimi həşaratlardan qadınların, kişilərə nisbətən dörd qat daha çox qorxduqları sübut edilmiş vəziyyətdir. Həm də bu statistika hər yaşdan insan üçün etibarlıdır.
İlan:İlan fobiyası isə ən məşhur fobiya olaraq gündəmdəki yerini araşdırmaçılar tərəfindən qoruyur.
/Mənbə:Qadınlar.biz/