Qadın susaraq gedər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 110
Səs ver:
(səs: 6)
 
Qadınlar susaraq gedər!
Çox uzun əməklər verər əlaqəsini dəvam etdirmək üçün. Birinin qadını olmağı ürəyi, beyni, ruhu o qədər çətin qəbul etmişdir ki, başqa bir adama aid olmağı istəməz. Kişi kimi, şorbanın duzu əskik deyə mübahisə çıxarmaz məsələn, tam tərsi, danışmalıyıq deyər. Kişilər də ən çox bu cümləyə əsəb olarlar. Təxirə salınar o danışmalar,futbol sonuna, yemək sonrasına və daha bir çox lazımsız şeyin ardına saxlanılar.
Qadınlar inadkar olur, həyata tutunduqları kimi, eşqlərinə da sahib çıxarlar. Buna görədir, danışıb dərdini izah etmə istəyi, qarşı tərəfi razı edənə qədər çalışırlar.Bir işıq görər qadın, bütün dərdini paylaşar. Ümumiyyətlə nə cavab alar? Cəfəngiyyat danışma! Gərəksiz və gülünc gəlmişdir kişiyə izah edilənlər, heç də üstündə dayanmamışdır. Yenə bir çətinlik, ortaya çıxmasın deyə yola verər kişi və kişi gün gələr bunların özünə ox kimi dönəcəyini bilə bilməz.
Bir qadın şikayət edirsə, ya da kişilərin deyimi ilə vıdı vıdı edirsə: Kişi bilməlidir ki, o əlaqədən hələ ümidi vardır qadının. Birlikdə yaşamaq, problemləri həll edərək xoşbəxt olmaq istəyir. Daha əhəmiyyətlisi isə, o adamı hələ sevir.
Qadın susaraq gedər!

Ən əhəmiyyətli detaldır, kişilərin heç anlaya bilmədiyi vəziyyət bu qədər sadədir. O gün gələnə qədər danışan, mübarizə edən, mübahisə edən qadın, özünü səssizliyə vermişdir. Nə vaxt ümidini o əlaqədən kesmişdirsə, o zaman sevgisi də yara alıb.Ürəyindəki çamadanlarını yığmışdır, beynindəki biletləri almış və əslində bədəni orada dayanaraq, əlaqədən çıxıb getmişdir. Qadın, həqiqətən getmişdirsə, çox səssiz olmuşdur ayrılığı, kimsə hiss etmədən, qapıları vurub qırmadan getmişdir. Hər axşam evə gəldiyində, qapının açıldığını görən kişi anlamaz amma bir qadın səssizcə gedər. Nə mətbəxində yemək bişirən, nə yan kresloda televiziya izləyən, nə gecə ruhunu kənara qoyaraq yataqda sevişməyə çalışan qadın, artıq o qadındır. Bir qadının səs-küyündən, döyüşlərindən qorxmamaq lazımdır, çünki qadının gedişi səssizdir

P.S Əziz kişilər qadına sus deməyin unutmayın ki, əgər qadın susarsa hər şey bitər!!
/Mənbə:Qadınlar.biz/
 
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 9 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri