Fransanın məşhur "Madame Figaro" jurnalı 2011-ci ilin payız-qışı üçün makiyaj modasını açıqlayıb.
Mövsümün ən populyar makiyaj ünsürləri qırmızı və bordo rəngli dodaq boyasıdır. 1960-cı illərdə ABŞ-da nümayiş etdirilmiş populyar "Mad Men" teleserialından ilham alınaraq hazırlanmış payız-qış makiyaj modasında dodaq boyası, kirşan və göz qələmindən savayı, sadəcə, cizgilər diqqət çəkir.
Nyu-York şəhərində keçirilən moda həftəsindəki defilelerdə də modellərin makiyaj stillərində gözlərin kənarlarına çəkilmiş nazik və zərif qara qələm izi diqqət çəkib.
Dumanlı gözlərlə qırmızı dodaqlar yeni mövsümün ən mühüm trendləridir.