Kübar qadınların 10 xüsusiyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 9 218
Səs ver:
(səs: 2)
Hər kişinin həyatında xüsusi bir qadın olmalıdır. Yaxşı, bəs gözəl və valehedici qadınlar əlaqələrində nələrə diqqət edir?

Güclü bir qadın əvvəl özünə hörmət edər, öz bədəninə, fikirlərinə əhəmiyyət verər... Sonra qarşısındakına da hörmət etməyi öyrənər, onlardan da eyni şeyi gözləyər, belədə o, istədiklərini alır da, bunu əlaqələrinə də təzahür etdirdiklərindən xoşbəxt bir əlaqəni saxlaması heç də çətin olmaz.

Qadınlar.Biz başdan çıxarıcı xüsusi qadınların 10 xüsusiyyəti təqdim edir.

- Əvvəlcə özünə sahib çıxar. Həyatını dürüstlüklə qazanar, şərəflidir, əlini açıb gözləməz.
- Kişini izləməz. Ayın, günəşin ya da ulduzların yalnız kişinin ətrafında dönmədiyini yaxşı bilir. Nazlı qadın kişinin arxasından ümidsizcə qaçmış, ya da ona addım-addım, davamlı nəzarət etmir. Qısacası, dünyasının mərkəzi yalnız maraqlandığı və ya həyatında olan kişi deyil.
- Sirlidir... Dürüstdür, lakin hər sirrini bir anda açmaz. Başqalarının sirlərini də yüksək səslə, göstərişlə açmamağa çalışar.
- Kişini, zamanla, öz maraqları içində sərbəst buraxması lazım olduğunu yaxşı bilir. Onunla hər gecə görüşməz, onun başına "fırlanmaz" çünki görülməli başqa işləri də vardır. Cib telefonuna uzun-uzadı mesajlar yazaraq virtual bir sevgiliyə çevrilməyi də sevməz. Kişi, onu sevgi və həsrətlə gözləməlidir.
- Səhvə, əsla, icazə verməz. Ancaq incik olduğunda da özü ilə ünsiyyət qurulmasına mane olar. Özünə gəlib əhvali-ruhiyyəsi durulduqda isə lazım bilərsə, incik olduğu mövzudan özü söz açar.
- Zamanın nizamını əlində tutar. Həyatındakı kişi ilə arasındakı ünsiyyəti açarı yalnız onun əlindədir. Ancaq bunu qarşısındakına, əsla, bildirməz.
- Zarafat anlayışını davamlı inkişaf etdirər. Sahib olduğu yumor anlayışı ilə həyatındakı kişini gülümsətməyi bacarar.
- Özünə dəyər verir. Kompliment qarşılığında gülümsəyərək təşəkkür edir. Həyatındakı kişinin köhnə əlaqələrini çözələməz və özünü başqa qadınlarla müqayisə etməz.
- Həyatındakı kişidən əlavə işləri də vardır. Hobbiləri, dostları, işi və ya ailəsi də onun üçün yaşadığı eşq qədər əhəmiyyətlidir. Ancaq heç biri bir digərinin önünə keçməyəcək qədər yaxşı tarazlanmışdır. Həyatındakı kişi o an üçün yanında olmadıqda və ya ona zaman ayıra bilməyəcək qədər işgüzar olduğunda bu vəziyyətdə dərd çəkməz, çünki özünü əyləndirəcək başqa məşğuliyyətləri də vardır.
- Bədəninə diqqətlə yanaşır. Görünüşünü və sağlamlığına əhəmiyyət verir. Özünə olan hörmətinin fiziki görünüşünə də əks olunması lazım olduğuna inanır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 9 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri