Siz qadınlar zəifdi deyin amma mən hər səhər çay qoxusuna oyanarkən və ya dərsdən qayıdarkən evi müxtəlif ətirlərə bürüyən qadına heyranam. Olmayanda yarımçıq hiss etdirən,onunla daha güclü daha tamamlanmış.Atdığım hər addımda onun səsi,onun nəfəsi,ovuclarımda onun ətri.Mən yanımda olmayanda yıxılıb paltarlarımı kirlədəcəyimdən qorxduğum insana heyranam.Axı mən onunla heç yıxılmadım.Heç daşlar ilişmədi ayaqlarıma.Gəzərkən yollarımı daşlardan təmizləyən,Canından qopduğum can,mənə günəşi göstərən sehirli gücləri olan insan. Yüzlərlə ton ağırlıq qaldıranlardan, Səhərə qədər dayanmadan çalışanlardan daha güclü, yüzlərlə kitab oxuyanlardan daha çox bilən qadın-mənim anam...