Qadın sinəsi haqqında çox adamın bilmədiyi maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 977
Səs ver:
(səs: 2)
Qadın bədəni bir çox şirkətlərin gəlir mənbəyinə çevrilib. Belə ki, geyim və kosmetika şirkətləri öz məhsulunun satışını qaldırmaq üçün reklamlarda qadın bədəninə böyük verir. Dolayısı ilə istədiyini əldə etmiş olur. Qadın bədənində ən çox diqqət çəkən məqam isə sinədir.
Alimlər hesablayıb ki, qadın sinəsi orta hesabda 500 qram çəkidədir. 8 faiz qadının bir sinəsinin ölçüsü o birindən qismən böyükdür. Qadının aldığı hər kilonun 20 qramı onun sinəsinə gedir, arıqladıqda da eyni hal baş verir.

Avroplalı qadınların sinələri yarımkürə formasında, afrikalı qadınların sinələri armudvari, asiyalı qadınların isə sinəsi konusvaridir.

Koreyada qadınlar XVII əsrin sonu XX əsrin əvvəlinə qədər gündəlik geyim kimi sinəsi qismən və ya tamamilə açıq kofta geyinirdilər.

Deyilənlərə görə, qadın sinəsi soyuğun təsirdən daha cazibədar olur. Məhz buna görə də, xüsusi yerlərdə xidmət edən rəqqasələrin sinəsinə səhnəyə çıxan zaman buz parçası qoyurlar.

"Barbi” gəlinciyinin yaradıcıları onun sinəsinin ölçüsü ilə lap ağ eləyib. "Barbi” gəlinciyinin sinəsini həqiqətən də böyük düzəldirdilər.

70-ci illərdə qadın sinəsi hipnoz sayəsində böyüdülürdü. Xüsusilə amerikalı hipnozçu Rocer Villardın metodikasının 28 faiz pasiyentlərə kömək etdiyi deyilirdi.

Süni sinəni ilk dəfə XIX əsrdə fransızlar kəşf edib. Sinəsinin ölçüsündən narazı olan qadınların sinəsini kəsib ora heyvan piyi əlavə edirdilər. Bu isə qadınların bir çox peritonit xəstəliyindən ölməsinə səbəb olurdu.

Alimlərin tədqiqatı nəticəsində məlum olub ki, bəzi qidaların tərkibində olan fitoestrogenlər sayəsində sinədə aktiv böyümə baş verir. Bu fitoestrogenlər daha çox buğda, soya, qəhvə və portağalda var. Lakin onlar sinədə süd vəzi xəstəliyi yarada bilər.

Qadın sinəsi 15-20 vəz hissəciyindən ibarətdir və baxdıqda bu üzüm giləsinə bənzəyir.

Yaponiyada uzun müddət sinənin yoxluğu qadının cazibədarlıq və gözəllik rəmzi idi. Ona görə də sinənin bilinməməsi üçün onu dəsmal və dəmirlə bağlayırdırlar.

Menstruasiya zamanı qadın sinəsi bir ölçü böyüyür.

Polimastiya – qadında sinə orqanın çox olmasıdır. Roma imperatoru Karakallanın anasının 3 sinəsi vardır. Bu qadının sinəsinin biri budunda yerləşmişdi.

Qadın sinəsinə toxunduqca orqazm halına çata bilər. Çünki uşaqlıqla sinənin birbaşa əlaqəsi var. Uşaqlıq yolunda iltihab olduqda bu sinədə xəstəliklərə gətirir.

Qadın sinəsində əzələ yoxdur.

XVIII əsrdə Fransada buraxılan şampan qədəhlərinin görünüşü markiz de Pampadurun sinəsini xatırladırdı.

Aleksandr Dumanın qədəhləri isə qrafinya de Barrinin sinəsinin ölçüsü və formasına görə düzəldilibmiş.

Dünyanın ən böyük sinəsini fransız heykəltəraşı Sezar poliesterindən düzəltmişdi.

Hippokrat sinəsi balaca olan qadınlara məsləhət görürdü ki, bərkdən qışqırıb oxusunlar. O, iddia edirdi ki, qışqıraraq oxumaq sinəni böyüdür.

Bir neçə əsr öncə İbn Sina qadınlara sinəsinin gözəl quruluşunu saxlamaq üçün gildən, qaban və kirpinin cinsi orqanlarının qanından istifadə etməsini məsləhət görürdü.

Sinəsiz qadınlar mövcuddur. Amazonka qadınları ta uşaqlıqdan sinəsinin birini yandırır və ya kəsirdilər. Beləcə onlar düşmənlərini qorxudurdular.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri