Evli qadına nələri demək olmaz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 989
Səs ver:
(səs: 1)
Adətən yeni evlənən bir çox xanımlara hər zaman öz yaxın rəfiqələri və ya qonşuları tərəfindən bir neçə sullar verilir.
Həmişə olduğu kimi bu sullar heç də xoş qarşılanmır.

Məsələn evlənən zaman soyadınızı nə olduğunu, nə zaman uşaq dünaya gətirəcəyinizi ya da qaynananızla aranızın necə olduğunu bilməsələr bəziləri maraqdan "ölərlər”.

"Nə zaman uşaq dünyaya gətirəcəksiniz?”
Ananızıdan tutmuş dostlarınıza, müdirinizdən qonşularınıza qədər hər kəsin ən çox maraqlandığı şey sizin nə zaman ana olacağınızdır. Çünki cəmiyyətdə ümumi inanc var ki, evlənən hər kəs uşaq sahibi olmaq məcburiyyətindədir.

"Ee ikinci nə zaman olacaq?”
Əgər bir gün uşaq dünyaya gətirsəniz, arxadan gələcək ikinci sualdır bu. Siz uşaqlarla bir futbol komandası qurana qədər bu suallara məruz qala bilərsiniz. Ən yaxşısı bu suallara fikir verməməkdir.

"Evlilik səni dəyişdirmiş”
Xeyr, yəni necə dəyişdirmiş ola bilər ki? Evliliyi bir sehrli çubuq olaraq görənlərdən eşidəcəyiniz bir sualdır. Tövsiyəmiz, "Barmağıma taxdığım üzük mənə gerçək mənliyimi ortaya çıxarmaq üçün fürsət verdi” deyərək zarafat edin.

"Evlilik necə gedir?”
Dərhal veriləcək qısa və dəqiq cavab: "Yaxşı”. Bundan daha yaxşı cavab ola bilməz. Evliliyə bütün dünyanın anlamını yükləmək sadəcə bir axmaqlıqdır. Bu, bir insanla yaşanan əlaqə nəticəsində baş verir. Yaxşı da gedə bilər pis də … Amma bu vəziyyət kimsəni maraqlandırmamalıdır.

"İndi soyadın nə oldu ?”
Evlənəndən sonra soyadın dəyişdirilməsi başqa bir şəxsiyyətə keçməyin ‘normal’ hesab olunduğu bir dünyada dərhal bu sualı verirlər. Halbuki öz soyadınızıla davam edə bilərsiniz ancaq məcburi olarsınızsa yoldaşınızın soyadını rəsmi proseslər üçün dəyişə bilərsiniz.

"Qaynananla aran necə?”
Bu sualı adətən ümumiyyətlə ana, ata və qardaşlar verər. Rəng verməyən bir ifadə ilə "çox yaxşı” demək hər zaman işə yarayar. Nə də olsa qaynananıza qarşı pis hissləriniz belə varsa öz ailənizi narahat etməyə ehtiyac yoxdur.

"Mən heç evlənməyəcəm”
Artıq bu yola girmiş birinə "Evlilik çox pis bir şey olduğu üçün evlənməyəcəyən” demək həqiqətən çox əsəbləşdiricidir. Qarşı hücum olaraq "İndiki ağlım olsaydı heç subay qalmazdım” deməklə əla cavab vermiş olarsınız.

"Sən evlisən, anlaya bilməzsən”
Anlaya! Sanki evli bir qadın heç həyatında  subaylıq yaşamadı…
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri