Kişilərin eşitmək istədikləri - qadınlar diqqətli olun!

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 9 734
Səs ver:
(səs: 3)
Qadinlar.biz kişilərin ən çox eşitmək istədiyi 10 ifadəni təqdim edir:

1. Alış-verişə mənimlə gəlməyinə ehtiyac yoxdur
Bunu bir neçə dəfə təkrar etsəniz, görəcəksiniz ki, bir müddət sonra o özü sizinlə alış-verişə gəlməyi təklif edəcək.

2. Sənin çox yaxşı ata olacağını düşünürəm
Əgər belə desəniz, o həqiqətən daha yaxşı ata olmağa çalışacaq.

3. Səninlə olanda özümü güvəndə hiss edirəm
Bir müddət sonra sizinlə ayrı qalmaq istəməyəcək.

4. Mənim üçün elədiyin kiçik şeylər də mənim üçün böyük önəm daşıyır
Bunu bir neçə dəfə desəniz, görəcəksiniz ki, bir müddət sonra o sizin üçün daha çox fədakarlıqlar edəcək və daha gözəl sürprizlər hazırlamağa çalışacaq.

5. Səni bağışlayıram…
Günahını qəbul etməsə də, hər kişi bu sözü eşitmək istəyər. Əgər onun səhvini qəbul etməsini və bunu təkrarlamamasını istəyirsinizsə, bu sözü ona deyin.

6. Heç soruşmayacağını düşünmüşdüm..
Kişiyə diqqətli olmasının sizin xoşunuza gəldiyini hiss etdirin. Əgər bunu hiss etdirsəniz, olduğundan daha diqqətli bir adama çevriləcək.

7. Səndən daha çox nifrət edə bilərəm, amma daha az sevə bilmərəm..
Mübahisəni uzatmamaq və aranı yumşaltmaq üçün çox uğurlu bir cümlə olacaq.

8. Ən yaxşısı sənsən..
Ən yaxşı olmadığını o da bilir, narahat olmayın.

9. Sənə hörmətim sonsuzdur
Hörmət gördüyünü hiss edən bir kişinin özgüvəni də yüksək olar. Özünə güvənən bir kişiylə münasibət yaşamaq hər zaman daha asandır.

10. Səni sevirəm..
Bu iki kəliməni eşitməyi kim istəməz?
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 9 734
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri