Məşhur
dəb dueti - Domeniko Dolçe və Stefano Qabbana artıq 30 ildir ki, qadın
həssaslığı və seksuallığından ilhamlanaraq geyim və aksessuarlar
yaradır. Cırıq cinsləri, yuxarı hissəsi büstqalter şəklində olan donları
və başdan-ayağa ağ geyinmək üslubunu dəbə məhz onlar gətirib. Ustad
dizaynerlərin hər yeni kolleksiyasının çıxması ilə bütün dünyadakı
qadınların şəhvət predmetinə çevrilməsi bir olur...
Qadın
gözəl, incə, güclü və cəlbedicidir. Onlar kolleksiyalarında qadının
görünməz gücünü, eyni zamanda, incəliyini, gözəlliyini, çəkiciliyini,
seksuallığını və eyni zamanda da, əlçatmazlığını göstərirlər.
Dizaynerlər qadında özünəəminliyi görmək istəyir və bunu öz geyimlərində
ən yaxşı şəkildə vurğulayır.
"Bizim birinci qaydamız belədir: Heç bir qayda yoxdur!”
"Hər
şeydən əvvəl rahatlığa üstünlük verin. Hər kəs onu xoşbəxt edən geyimi
geyinməlidir. Bizim ən birinci məqsədimiz də qadını gözəl göstərməkdir.
Lakin bu zaman onu narahat edən heç bir məqam olmamalıdır”.
"Sofi Lorenin hansı çanta götürdüyünü kim xatırlayır? Lakin onun cəlbedici sinə dekoltesi hər kəsin yadındadır!"
"Geyim
vasitəsilə individuallığınızı vurğulayan hansısa xüsusi bir detal
tapın. Bu, çox xırda element ola bilər, amma inanın, sizi başqalarından
məhz o detal fərqləndirəcək".
"Geyim insanın yumor hissindən başlayaraq, onun özünü dərk etməsinə qədər hər şeyə təsir edir” .
"Dominiko
əmindir ki, qızlar nağıllar aləmində yaşamaq, şahzadə olmaq, qırmızı
paltar geyinmək və tac taxmaq istəyir: "Biz istəyirik ki, insanlar
həmişə cəlbedici görünsün, çünki siz öz xarici görünüşünüzlə bağlı
komplimentlər eşidəndə özünüzü daha inamlı hiss edirsiniz. Qoy bu hiss
həmişə sizinlə olsun!"
"Gözəl
alt paltarı seksuallığın zəmanətidir. Bu, bədəninizə hörmət
məsələsidir. Biz podiuma model çıxaranda ilk növbədə ona büstqalter və
krujeva alt paltarı təqdim edirik. Siz İtaliyanın cənubundakı heç bir
qadını büstqaltersiz görə bilməzsiniz. Heç vaxt!"
"Qadın bədəni eyni zamanda həm cazibədar, həm də əlçatmaz təsir bağışlamalıdır!”
"Hər
bir qadının qara qısa donu və istənilən obrazını effektli göstərən
başgicəlləndirici aksessuarları olmalıdır. Məsələn, bir cüt dikdaban
ayaqqabısı və üstü daş-qaşla bəzədilmiş əl çantası. Axşam obrazını
təkrarolunmaz etmək üçün bunlar vacibdir. Gündəlik obrazı isə "Miss
Sicily” çantası ilə tamamlayın” .
"Trend
axtarmayın, sizə yaraşanı tapın! Hər dəbdə olanı deyil, sizə yaraşan
geyimi tapmaq çox vacib məsələdir. Onda əyindəki paltarı da sevirsən, bu
zaman həmin geyimə həyat qazandırırsınız. Dəb çox vaxt saxta olur. Amma
adi bir balıqçı da öz üslubunu yarada bilər”.
"Korsetə
fikir verin. Axı məhz o qadınlığın və zərifliyin rəmzidir. Qüsurları
gizlətmək üçün silahlanın. Əgər korset taxsanız, onda siz olduğunuzdan
bir ölçü arıq görünəcəksiniz. Korset sinəni yuxarı qaldırır, beli
incəldir. Onunla bədən quruluşu da ideal görünür”. Təəccüblü deyil ki,
dəb duetinin şah əsərlərindən biri sayılan "Siciliyalı dul qadın” adı
verilən qara don modeli beli incə göstərir, sinəni vurğulayır, ombanı
isə cəlbedici edir.
"Başqasına paxıllıq etdiyiniz müddətdə heç vaxt böyüməyəcəksiniz. Fəxr etmək və güzəştə getməyi bacarmaq lazımdır".
"Köhnə
şəkillərə baxanda bəzən özünü bəyənmirsən, oradakı əksinə acığın gəlir.
Yaxşı ki, bu baş verir. Bu, o deməkdir ki, biz inkişaf edirik!”
"Əsas
məsələ özünü inamlı və təbii hiss etməkdir. Adi ağ köynəkdə də seksual
görünmək olar. Əsas iş geyim yox, davranış tərzi, baxışlar və
jestlərdədir. Monika Belluççi, Naomi Kempbel, Jizel Bündxen, Klaudiya
Şifferdən özünü necə aparmaq barədə nümunə götürmək lazımdır. Ağıl və
bədənin qarşılıqlı münasibətləri mühümdür. Hər şey düşüncədən başlayır".
"Gözəl
olmaq üçün, ideal olmaq lazım deyil. Obrazınızda cəmi bir cəhət seksual
ola bilər. Şəxsən mənim ideal olmayan qadınlardan xoşum gəlir. Məsələn,
böyük burunlu qadınlara pərəstiş edirəm. Burun xarakterik cəhətdir. Bir
çox qadınlar öz burunlarını əməliyyatla düzəltmək istəyir, amma böyük
buruna heyranam!"