Depressiyadan əziyyət çəkən kişilər də az deyil. Cek London, Van Qoq kimi dahilər bu xəstəliyin qurbanı olublar. Kişilərin depressiyaya məruz qalması onların işinə də əngəl törədir. Hətta İsrail alimləri depressiyada olan vətəndaşların sayəsində hər il ölkə iqtisadiyyatına 23,5 mln ziyan dəydiyini hesablayıblar. Təkcə maliyyə cəhəti deyil, elə ailənin mənəvi aspektlərini əsas tutsaq, bu xəstəliyin ər-arvad münasibətlərinə, övladların psixologiyasına nə qədər mənfi təsir göstərdiyini, hətta boşanmaya belə gətirib çıxara bildiyini qeyd etmək lazımdır.
Şiddətli depressiyaların nəticəsi isə, bəzən intihar olur. Depressiyada olan xanımlardan biri belə vəziyyətində bağlarına gedib qazla özünü boğmaq istədiyini, ancaq xilas edildiyini deyir. Tutduğu əməlindən peşman olan həmin şəxs intiharı çıxış yolu hesab etməyin ən böyük yanlışlıq olduğunu söyləyir və insanları intihardan çəkindirir.
Qadınlar intihardan çox danışsalar da, əsasən kişilər intihar edirlər. Qadınlar depressiyadan tez də xilas ola bilirlər. Xəstəliyin müalicəsi onun növünə görə aparılır. Dərman vasitələri, yəni antidepressantlardan istifadə etməklə 2, 3 həftəyə müsbət nəticə almaq olar. Amma bu dərmanların da zərərli tərəfləri var. Ən yaxşı və heç bir ziyanı olmayan müalicə metodu psixoterapiyadır ki, bir qədər gec təsir etsə də, nəticə effektli olur. Dəyanət müəllim qadınlarımıza depressiyaya məruz qalmamaq üçün sevginin də çox müsbət təsirinin olduğunu söylədi. Belə ki, sevmək, təbiət qoynunda olmaq, heyvanlarla ünsiyyət və ailə qurmaq- yəni tənha olmamaq depressiyanın qarşısını ala bilir.
Əziz xanımlarımız, hər birinizə bu xəstəlikdən uzaq olmağı, daim gülümsəyib xoşbəxt görünməyi və daxilən rahat olmağı arzu edirəm!