Kişilər niyə sevdikləri qadına xəyanət edir?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 997
Səs ver:
(səs: 1)

alt

 

Hər bir münasibətin bir sonu və ya bir nəticəsi olur..Sevirik, sevilirik.Sevdiyimizlə qovuşmağa can atırıq.Bəs sonra? Bəzən deyirlər "Sevginin ömrü toyadəkdir.”Bu  həqiqətən belədirmi? Niyə kişilər sevdikləri qadına xəyanət edirlər? Onları buna vadar edən nədir?

Sosiloloqların sorğusuna əsasən kişilərin yarısı həyat yoldaşlarına xəyanət edirlər..Xəyanət yalnız başqa qadınla intim demək deyil .Başqasını düşünmək, xəyallar qurmaq, hansısa qadına baxıb köks ötürmək, günlərlə onun həsrətilə yaşamaq  özü də xəyanətdir.Bu da kişilərin çox az hissəsi istisna olmaqla hamsında var. Bəzi qadınlar xəyanətə uğramaqla tapdanmış qürurunun qisasını almaq, sakitləşməkçün özləri də xəyanət edir.Bununla da öz həyatını məhv etmiş olurlar.Çünki xəyanətkar qadına kişidən fərqli olaraq cəmiyyət kəskin reaksiya verir.Bu yanlış addımı atmamaq üçün xəyanətə uğramış qadın əvvəlcə düşünməlidir:

Əvvəla bu hələ dünyanın sonu deyil və unutmayın ki, xəyanətə uğramış ilk və son qadın siz deyilsiniz.

Əgər sizə xəyanət olunubsa o demək deyil ki, sevgidə bəxtiniz gətirməyib.Sizi sevməyən biriylə evlənmisiniz.Bu heç də belə deyil..Xəyanət edən kişilərin yarısı öz qadınını sevərək evlənənlərdir.

Qisas almaq, depressiyaya düşmək, ya da əri evdən qovub onu rəqibinizə "bağışlamaqdansa” öz həyatınıza nəzər salıb onu yaxşı tərəfə dəyişmək lazımdır.Əvvəlcə gəlin heç olmasa qəlbimizdə də olsa özümüzə etiraf edək-Bunda bizim də günahımız az deyil!Hardasa səhv etmişik.Həyatımızı yaxşı tərəfə dəyişməkçün əvvəlcə keçmişə nəzər salıb onsuz da doğuluşdan xəyanətə meylli kişilərə səhvlərimizlə bəhanə verməyək..

Bəs görəsən kişilər niyə xəyanət edirlər?Səbəblər çox ola bilər.Onların bəzilərinin qarşısını almaq öz əlimizdədir Gəlin o səbəblərin bəzilərinə nəzər salaq:

Ailənin seçdiyi namizədlə, və ya qısa tanışlıqdan sonra evlənməyə qərar verən cütlüklər evləndikdən sonra xarakterlərindəki uyğunsuzluq üzə çıxır.Buna baxmayaraq boşanmayıb nəyinsə xatirinə-"Uşaq var”, "Nəslimizdə boşanan olmayıb” deyib ailəni "qorumağa” çalışan kişilər evə ər və ata borcunu yerinə yetirməkçün gəlir.Fikri isə çöldədir.Həyatına maraq qatan insanda.Xüsusən də əylənməyi, yeniliyi sevən kişilərdə xəyanət bu səbəbdən daha çox olur...

İnamsızlıq və həddindən artıq qısqanclıq da kişini xəyanətə sövq edir.

"Niyə işdən gec gəldin?”, "Telefonuna niyə zəng çatmır?” və ya "Telefonun niyə uzun müddət məşğul idi, kimlə danışırdın?”, "Niyə həmişə sənə səhv düşürlər??”, ”Yoldan keçən qıza niyə baxdın?” və s.bezdirici suallarla boş yerə söz-söhbət və dava axtarırsınızsa  əmin olun-tezliklə onu itirəcəksiniz.Sizə olan sevgisini dəfələrlə deməkdən və sübut etməkdən bezən kişi nəhayət bezir və sizin şübhənizi "doğrultmaq” qərarına gəlir.İnamsızlığnızla onun qürurunu qırırsız və nəticədə mərdi qova-qova namərd etdiniz.

Unutmayın ki, xəyanət ancaq intimdən ibarət deyil.Evləndikədn sonra ərindən sevgi mesajları, etiraflarının azaldığını görən qadınlar daim şikayətlənir.Eyni şeyi kişilər haqda da demək olar.İlk uşağını dünyaya gətirən qadın artıq bütünlüklə o uşağı sevir.Kişiyə nəinki romantik sözlər, sevgi etirafları etmir, ümumiyyətlə diqqəti azalır.Əlbəttə ki, ata olmaq çox xoşdur.Amma sevilən kişi olduğunu hər zaman hiss etməyə də kişilərin ehtiyacı var.Bu səbəbdən də kənarda romantik görüşlər axtaran kişiləri o qədər də qınamıram.Görüşdüyü qadınla aralarında intim olmasa da romantik söhbətlər edir, xəyallar qururlar...

Ətrafımızda baş verənlər, rəfiqəmizin rastlaşdığı xəyanət, ya da nə zamansa atamızın xəyanəti və ya bir zaman bizə xəyanət etmiş insanları xatırlayaraq özümüzü boş yerə qorxuzuruq.Xəyanətə uğramış insanların beynimizə yeritdiyi bu fikri özümüzdən uzaqlaşdıra bilmirik-”Onsuz da bütün kişilər xəyanətkardır”.Razıyam, potensial olaraq bütün kişilər xəyanətə meyllidirlər.Əlbəttə ki, normal kişilər.Amma xəyanətə meyllilik onların mütləq xəyanət edəcəyi anlamına gəlmir.Bu qorxunc fikirlərlə yatıb –dururuq, günlərin birində görürük ki, fikirləşdiyimiz nəhayət baş verdi.Əslində fikirlərimiz  bizi bu yerə gətirdi...

Nə qədər çox sevsə də kişi qadınına həmişə diqqət yetirir.Davranışına, görünüşünə.Axı kişilər gözlərilə sevir.Nişanlı vaxtı hər gün yeni görkəmdə, xüsusi gözəlliklə görüşə gələn qız niyə evlilik dövründə həyat yoldaşının onu pırtlaşıq saçla və ya üstündən xörək qoxusu gələn geyimdə görməsinə razı olur?O arxayındır ki, əri ömürlük onundur?

Unutmayın ki, kimsə bizi sonadək sevməyə məcbur deyil. Öz geyimlərilə, rəngi getmiş xalatla, pırtlaşıq saçla, tərli bədənlə güzgününü qarşısında dayanıb bir anlıq özlərinə kişi gözüylə (elə qadın  gözüylə də) baxsınlar.Görəsən  o zaman özlərini bəyənəcəklərmi?Halbuki ərləri hər gün-işdə, yolda, qonaqlıqda, küçədə onlarla gözəl, baxımlı xanım görür.Və təbii olaraq onlara baxır.Öz qadınıyla müqayisə edir.Gözəl qadına diqqət yetirməyən kişi isə yoxdur.Beləliklə kişi artıq cəlbedici olmayan həyat yoldaşını unudur.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri