Ah bu sızanaqlar :(

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 569
Səs ver:
(səs: 1)

 

Akne (sızanaq) geniş yayılmış dəri xəstəliklərindən biri olub, üz, sinə, kürək nahiyəsində olan piy vəzilərinin iltihablaşması ilə xarakterizə olunur. Aknedən daha çox cinsi yetkinlik dövrünə çatan yeniyetmələr əziyyət çəkirlər. Belə ki, bu dövrdə follikulun sonrakı tıxanmasına səbəb ola biləcək piy ifrazının artması və epitelin buynuzlaşması müşahidə olunur. Lakin sızanaqlar hətta 25 yaşından yuxarı şəxslərdə də təsadüf oluna bilər ki, bu da özünü artıq dermatoloji xəstəlik kimi deyil, həm də daxili orqanların müxtəlif xəstəliklərinin fəsadı kimi biruzə verə bilər. Buna görə də, bu qrup şəxslər diqqətli müayinə olunmalıdırlar.

Xəstəliyin təzhürü daha çox onu törədən səbəblərdən, xəstəliyin gedişinin ağırlıq dərəcəsindən, o cümlədən də, xəstənin orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır. Akne zamanı üz, sinə və kürək nahiyəsinin dərisində olan piy vəziləri artıq dərəcədə piy ifraz edərək, piy axacaqlarının və həmçinin tük follikullarının mənfəzində onun toplanmasına gətirib çıxarır ki, bu da sonrakı dövrdə sarı və ya qara rəngli olan, komedon adlanan tıxacların əmələ gəlməsinə səbəb olur. Bu cür törəmə iltihabi prosesə məruz qalarsa, nəticədə sızanaq və irinciklərin əmələ gəlməsi müşahidə olunur. Müvafiq müalicə aparılmadıqda sızanaqların miqdarı artır və səpgilər tünd-qırmızı rəngli, ağrılı xarakterdə olurlar. Xəstəliyin kəskin dövrü keçdikdən sonra dəridə çox zaman genişlənmiş məsamələr, çapıqlar, kapilliyarların qalması müşahidə olunaraq, dəri səthi nahamar olur, piqment ləkələr əmələ gəlir. Belə halların qarşısını almaq üçün xəstəliyin ilk simptomları əmələ gələn vaxtdan həkim-mütəxəssisə müraciət etmək lazımdır.
Vaxtında həkim-kosmetoloqa müraciət olunarsa, təkcə kosmetoloji qüsurların qarşısının alınmasına deyil, həmçinin xəstəliyin səbəblərinin aşkar olunmasına, lazımi müalicə tədbirlərinin aparılmasına və sızanaqlardan tamamilə qurtulmağa nail olmaq olar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri