EY QADIN....

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 328
Səs ver:
(səs: 0)
Ey GözəL Qadın ...
Ey GözəL Qadın ... BəLi Sən ... Buradan bu
sətirləri oxuyan sənə səslənirəm... Nə qədər
qiymətli olduğunun fərqindəmisən? İçində
bütün dünyanın ruhuna xoş gələcək özəl
şəfalı bir parıltı olduğunun və
müqəddəsliyinin fərqindəmisən? Qalx və
aynaya bax... Gözlərinin içinə öncə sən bax..
Öz gözlərində gördüyündən də artıq
möhtəşəm gözəlliyini görə bilirsənmi?
Gücünü, zərafətini ve dəyərini görə
bilirsənmi? Sən necə ki özünə açıq bir
cəsarətlə baxa bilirsen, bir başqasının
gözlərinə də eyni açıqlıqla və utanmadan
baxa bilərsən... Silkələn.... Çiyinlərin
düşməsin artıq... Doğrul.... Aqressivliyini
çıxar.. Burax artıq, tutunma hirsinə... İzin
ver yanındakı, incik zərif yumşaqlığını
görsün... Hirsinlə gəzməkdən
yorulmadınmı? Elədirsə izin ver; bu an, tam
bu an kim varsa yanında görsün gerçək
səni... Yaralarını gizləyirsən, çünki bunların
səni zəif göstərəcəyindən qorxursan... 'Zəif'
görünməkdən çox qorxursan... Bilirsənmi
ki, o yaralar, səni sənə yaxınlaşdırdığı üçün
dərin hörməti haqq edirlər? Bilirsənmi ki o
yaralar sənin cəsarətinin nişanıdır? Səni,
zəif göstərmək yerinə incikliyinin içində
gücünü xatırladırlar... Özünü düzəltməyə
çalışmadan, özünün xətalarını tapmağa və
ya düzəltməyə çalışmadan bir gün keçirə
bilərsənmi? Yetərli olduğunu həqiqətən
qəbul edə bilərsənmi? Sadəcə hazırki halın
ilə özünü sevə bilərsənmi? Başqalarından
sevgi tələb etməyi bir kənara qoyub özünü
bütün xüsusiyyətlərinlə sevə bilərsənmi?
Sən... Bəli Sən ... Çox gözəlsən ... Hər şeyin ilə
yetərlisən ... Və çox qiymətlisən .... Azadsan
.... Özünü sev.... Bədənini sev.... Gözəlliyi
yaşamına dəvət et.... Müqəddəsliyini
şərəfləndir.... Duyğularına, gözyaşlarına izin
ver.... Səsinə sahib çıx.... Səsim Səsin olsun..
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri