Dünyanın bütün duyğularına sahib... Bir canlı düşünün ki, içində bütün zidd duyğuları daşıyır ( sevgi,nifrət,vəfa, fədakarlıq, qısqanclıq,paxıllıq, mərhəmət) və bu duyğuların içində baş edə bilir... Beyinlə ürək bəzən eyni anda hücuma keçir.... Amma Qadın dözür....Ağlayır... Amma gülmək lazım olanda göz yaşına xətt çəkir.... Bir qadın düşünün ki, eyni anda hər iki cins ola bilir.... O, ana olur, lazım gəlsə kişidən də yaxşı ata olur.... Həyatını beyin və beldən aşağı keçirmir.... Çiyinlərində özü daxil hər kəsin yükünü daşıyır... Bəzən özünü silir, başqaları üçün yaşayır...Amma yaşayır.... İçindəki duyğulara biri toxunmayana qədər onları qutusundan çıxarmır.... Yanılır, səhv edir, aldanır, bəzən də aldadır... Amma sonra özünə dönə bilir....Dönmədikdə də məhv etdiyi yalnız özü olur.... Qadın olmaq çətin, amma lüksdür...