Qız qalası Bakının ən məşhur və ən qədim abidəsidir. Əsrlər boyu şəhərin ən böyük memarlıq nümunəsi olub və
alimlər üçün müəmma kimi qalıb. İndiyə qədər də məlum deyil ki, Qız qalası kim tərəfindən, nə vaxt və necə inşa olunub. Bakılılar isə öz qalalarını, sadəcə, sevirlər. Bu qala şəhərə xüsusi bir yaraşıq verir.
Tanınmış jurnalist Vyaçeslav Sapunov Qız qalası haqqında maraqlı məqalə və fotoreportaj hazırlayıb.
Məqalədə qız qalasının restavrasiyadan sonrakı vəziyyəti və s. məqamlara aydınlıq gətirilib.