Bahalı kosmetika vasitələrini unudun, 50 qəpiyə 5 dəqiqədə 10 yaş gəncləşin!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 4 224
Səs ver:
(səs: 0)
Bahalı kosmetika vasitələrini unudun, 50 qəpiyə 5 dəqiqədə 10 yaş gəncləşin!

Bu möcüzə maska olan cəmi 2 ucuz inqrediyentlərdən ibarət olub 5 dəqiqə ərzində sizin üzünüzü gəncləşdirəcək!

Qırışlara qarşı bütün bahalı kosmetika vasitələri barədə unudun. İndi siz 2 inqrediyentdən ibarət olan təbii maska hazırlaya bilərsiniz ki, 5 dəqiqədə gənc və təravətli görünməyə kömək edəcək. Sallanmış dəri və sizin qırışlar keçmişdə qalacaq.

Dəri ləkələrini aradan qaldırmaq üçün

Parlaq və ləkəsiz bir dəri üçün limon suyu və yumurta ağını istifadə edə bilərsiniz.
1 yumurtanın ağına 10 damla limon damladın və yaxşıca çırpın. Axıcı konsistensiyada olan maskanı barmaq uclarınızla dərinizə sürətlicə çəkin. Yumurta və limon qarışığınızı dərinizə dairəvi hərəkətlərlə tətbiq edin və 10 dəqiqə qurumasını gözləyin.

Xüsusilə yağlı dəriyə sahibsinizsə, bu maskanı həftədə 2 dəfə tətbiq edərək işıqlıq, hamar və daha möhkəm bir dəriyə sahib ola bilərsiniz.

Qırışıqlıqları aradan qaldıran yumurta ağı maskası

Dəridəki qırışıqlıqları yox etmək və məsamələrinizi təmizləmək üçün yumurta ağını əsmər şəkərlə qarışdıraraq çırpın. Yaxşıca köpürənə qədər çırpılan qarışığı barmaq uclarınızla üzünüzə tətbiq edin. Dairəvi hərəkətlərlə problemli bölgələrinizə masaj edin və 15 dəqiqə gözləyin. Ardından dərinizi bol suyla yuyun. Aynaya baxdığınızda dərinizin həqiqətən dəyişdiyinizi görəcəksiniz. Qarışığın bu qədər təsirli olmasının səbəbi yumurtanın içərisində olan amin turşularıdır.

Qara nöqtə təmizləmək üçün

Yumurta və bir salfet köməyi ilə qara nöqtələrdən xilas olmaq çox asan!

Əvvəlcə yumurtanın sarısını və ağını bir-birindən ayırıb iki fərqli kasaya qoyun.

Daha sonra əvvəl ağ qisimini çırpın və alınınıza, burnunuza və çənənizə çəkinn. Yumurta çəkdiyiniz bu bölgələrin üzərini incə bir salfetlə örtün və qurumasını gözləyin. Əgər gözləmək istəmirsinizsə, bir fen köməyi ilə üzünüzdəki maskaları quruda bilərsiniz.

Salfetlər quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın. Salfetlərin üzərində incəcik tükə bənzər şeylər görəcəksiniz; bunlar məsamələrinizi bağlayan çirk və yağlar.

Yumurta sarısı, dərinizdə şəffaf və parlaq bir maska halına gələcək. Bu maska quruyana qədər gözləyin və daha sonra bol suyla dərinizi yuyun.

Yumurta sarısının içərisində olan faydalı yağlayar dərinizi sıx bir şəkildə nəmləndirəcək və qidalandıracaq
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri