Dermatoloqlar bu ərzaqların üz dərisi üçün təhlükəli olduğunu deyir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 047
Səs ver:
(səs: 1)
Google axtarış sistemi gün ərzində «üz üçün maskalar» sorğusuna minlərlə dəfə cavab verir. Ev şəraitində əlimizin altına olan ərzaqlardan istifadə edərək maskalar etməyi sevirik. Lakin unutmamalıyıq ki, maskanın tərkibinə bəzi ərzaqların daxil olması üz dərinizdə ciddi fəsadlara yol aça bilər. Dermatoloqlar üz maskası edərkən, aşağı ərzaqlardan uzaq durmağı tövsiyyə edir:

Qida sodası
Çox zaman skrab üçün istifadə olunan qida sodası əslində üz dərisi üçün yaxşı seçim deyil. Qida sodası dəridə nəmi məhv edir və dərini qurudur.

Diş məcunu
Dərinizdə yaranan sızanacaq və qızartılara qarşı diş məcununda istifadə etmək olmaz. Belə ki, diş məcunun tərkibində nanə, peroksid, aromatizatorlar və üz dərisi üçün zərərli olan çox sayda maddə vardır. Bu səbəbdən də diş məcunu dəridə yanıqlara səbəb ola bilər.

İsti su
Üzünüzü sərin su ilə yumağı vərdiş edin. İsti su dəri baryerindəki müdafiəni məhv edir və sızanaqların yayılmasına səbəb olur.

Şəkər tozu və duz
Şəkər tozu və duzun məsamələri mükəmməl təmizlədiyini çox eşitmişik. Bu tamamilə yalnış fikirdir. Bu ərzaqlar zərif üz dərisində ciddi fəsadlara səbəb ola bilər.

Əl kremi
Əl kremini əsla üzünüzə tətbiq etməyin. Əl kremi daha sərt struktura malik olduğu üçün masəmələri doldurur.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri