Yayda üzə çıxan problem - Qoltuqaltı qaralmalarına qarşı ÇOX SADƏ ÇÖZÜMLƏR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 588
Səs ver:
(səs: 2)
Yayda qolsuz geyimlər səbəbilə cansıxıcı bir problem də ortaya çıxır ki, bu da qoltuq altı qaralmasıdır. Birdəfəlik lezvalar, tərləmə, keyfiyyətsiz epilyasiya vasitələri, hamiləlik kimi səbəblərdən meydana gələn bu problemi evdə hazırlaya biləcəyiniz təbii çözümlərlə aradan qaldıra bilərsiniz.
Qadınla.com saytı qoltuq altı qaralmalarının effektli həllərini sizə təqdim edir:

* KARBONAT
Karbonatı bədənin müxtəlif bölgələrini ağartmaq üçün istifadə bilərsiniz. Bunun üçün karbonati suyla qarışdırıb məcun halına gətirin. Qoltuq altına sürtüb 15 dəqiqə saxlayıb yuyun.

* ALOE VERA
Aloe vera geli bədən və dəri üçün tam bir şəfa qaynağıdır. Qoltuq altı, diz və dirsəkləri ağartmaq üçün istifadə edə bilərsiniz. Günəş yanıqları, qızartı, təraş sonrası qıcıqlanma kimi problemlərdə aloe geldən istifədə edin. Geli qoltuq altına sürtün və 20 dəqiqədən sonra yuyun.

* LIMON
Limon da, qabartma tozu kimi rəng açıcı təsirə malikdir. Çox həssas bir cildə sahib deyilsəniz cildi parlatmaq və ağartmaq üçün istifadə edə bilərsiz. Düzənli olaraq qoltuq altlarıniza sürsəniz qaralar yox olacaqdır.

* ŞƏKƏR TOZU VƏ ZEYTUN YAĞI
Şəkər tozu təbii bir pilinq vasitəsidir. Şəkər dənəcikləri qoltuq altındakı quru və ölü dərini təmizlər. Zeytun yaği da cildi yumşaldaraq, qıcıqlanmanın qarşısını alar və ölü dərini daha dərindən təmizlər.

* XIYAR
Xiyar çox sağlam və faydalı bir qidadir. Xiyarı dilimləyib qoltuq altını masaj edin. Təsirini artırmaq üçün xiyari limon suyuna batıra bilərsiz.

* SIRKƏ
Sirkə qaralmış bölgələr üçün təsirli çözümdür. Düyü unu və sirkəni qarışdırıb məcun halına salın. Ilıq bir duşdan sonra qoltuq altına tətbiq edin, 15 dəqiqə saxlayıb yuyun.

* NOXUD UNU
2 yemək qaşığı noxud unu, 1 çay qaşığı qatıq, limon suyu və sarikökü qarışdırın. Ardından ehtiyac duyduğunuz bölgəyə tətbiq edin. 15-20 dəqiqə gözləyib yuyun.

QEYD - Sizə təqdim etdiyimiz bu üsulları öncə test edin. Allergik reaksiya olmadığından əmin olun.

Hər zaman gözəllikdə, xanımlar!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri