Qoltuq altı nahiyələrin qaralması. Səbəblər və çarələr

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 655
Səs ver:
(səs: 1)
Bu yayılmış kosmetoloji problemlərdən biridir. Qoltuq altı nahiyələrin tünd olması kosmetik qüsur yaradır, qadınlarda özünə güvəni azaldır.

Bu problemin səbəbləri müxtəlifdir:

- Gigiyena qaydalarına kifayət qədər riayət etməmək.

- Bu bölgəni tez-tez qırxmaq və ya depilyator-kremlərdən istifadə etmək.

- Dezodoranta olan reaksiya.

- Həddindən artıq tərləmə.

- Piylənmə və ya şəkərli diabet

- Hamiləlik.

- Hormonal pozulmalar.

- Hamiləlik əleyhinə və hormonal preaparatların uzun müddət ərzində qəbulu.

Qadınla.Con sizə bu problemin həllini təqdim edir:

- Dezodorantı dəyişin, spirtsiz dezodorantlardan istifadə edin.

- Bu bölgəni müntəzəm olaraq skrabla təmizləyin.

- Qoltuq altı nahiyələri qırxmayın,epilyasiya məqsədi ilə isti mumdan və ya şəkərdən (şüqaring) istifadə edin. Bu vasitələr həm xoşagəlməz tüklərdən xilas edir, həm də dərini ağardır.

- Limon şirəsindən istifadə edin

- bu çox effektli ağardıcı vasitədir.

- Sodanı su ilə qarışdırın (sıyıq kimi olmalıdır) və bu nahiyələrə çəkib 10 dəqiqə saxlayın, sonra yuyun.

- Ağardıcı maska resepti:
sarıkökü limon şirəsi ilə qarışdırın və duşdan sonra problemli bölgələrə çəkib bir qədər gözləyin.Bu maskanı tez-tez, dəri ağaranaqədər istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri