Qırışlar hər qadının qorxulu yuxusudur. Təqdim etdiyimiz maska ilə bu problemi aradan qaldıra bilərsiniz.
Qatıq maskası üçün lazımolanlar: Bir çay qaşığı qatıq Bir çay qaşığı bal Yarım çay qaşığı portağal şirəsi Yarım banan
Maskanın hazırlanması: Bananı çəngəllə əzin. Yetişmiş bananla hazırlamağınız məsləhətdir. Digər vasitələri əzilmiş bananla qarışdırın. Bu qarışımı üzünüzə vurun. Bu maskanı 15 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun. Əgər dəriniz qurudursa, bu maskanı həftədə iki dəfə təkrarlayın.