Üzdəki məsamələri sıxlaşdıran maska - Nəticəsi mükəmməldir

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 6 529
Səs ver:
(səs: 0)
Maskadan istifadə etməzdən əvvəl dərinizi təmizləyin.
Üz dərisini təmizləmək, təravətliliyini artırmaq bəzi dəri növləri üçün heç də asan olmur.

Bəs dəridəki məsamələri necə kiçiltmək və təmizləmək olar? Yaxşı olar ki, məsamələri sıxlaşdıracaq maskadan istifadə etməzdən əvvəl dərinizi təmizləyin. Çünki məsamələrin içi dolu olduqda, onların sıxlaşması xeyli çətinləşir. Bunun üçün dəri növünüzə uyğun maska və ya pilinqdən istifadə edin.

Qeyd edək ki, dərini təmizləməzdən əvvəl buxar vannası və ya isti kompres edilməlidir. Bu proseslərdən sonra artıq dərinizi təbii yollarla sıxlaşdıra bilərsiniz. Ən çox istifadə edilən üsul buz və mineral sudur.

Ümumiyyətlə, üz dərisi üçün kimyəvi maddələrdənsə, təbii və zərərsiz vasitələrə üstünlük verilməlidir. Bunun üçün 1 çay qaşığı yaşıl gil, 3 damcı limon suyu, 1 yumurta sarısı, 3 damcı küncüt yağını qarışdırıb üzünüzə çəkin. Bu vasitə həm dəridəki yağları tənzimləyir, həm də qara nöqtələri azaldır.

Bu maskadan müntəzəm istifadə edildiyi halda, faydalı tərkibi ilə məsamələri kiçildəcəyinə şübhəniz olmasın. Tərkibində yağ olmasına baxmayaraq, bəzi insanların dərisində quruluq yarada biləcəyi üçün prosedurdan əvvəl və sonra nəmləndirici kremdən istifadə etmək lazımdır.

Maksanı hazırlayarkən məhsullar təzə olmalıdır. Üzünüzə sürtəndən sonra maskanın qalığını saçlarınızın dibinə də çəkə bilərsiniz. Çünki artıq qalan qarışığı saxlayıb növbəti dəfə istifadə etmək məsləhət görülmür.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri