Diz və dirsəkdəki qara ləkələri təmizləyən yağlar

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 9 955
Səs ver:
(səs: 2)
Dizlər və dirsəklərdəki qara ləkələr dərini yaşlı göstərir. Həmin hissə büzüşdükdə qara ləkələr daha çox nəzərə çarparaq estetik gözəlliyi pozur.  Xüsusən də, açıq dərili xanımlarda daha qabarıq və tez diqqət çəkir.

Problemin qarşısını almaq üçün həmin yerləri duş qəbulu zamanı yaxşıca kisələmək təklif olunur. Duşdan çıxandan sonra isə diz və dirsəklərə belə bir qarışıq hazırlayıb çəkmək məsləhət görülür:

Lazım olan bitki yağları:
1 çay qaşığı hindqozu yağı
1 çay qaşığı portağal yağı
1 çay qaşığı limon və ya limon yağı
1 çay qaşığı qreypfrut yağı
2 çay qaşığı körpə kirşanı
1 ədəd E vitamini

Öncə yağları, sonra digər ərzağı bir qaba töküb yaxşıca qarışdırın. Bu maska qara ləkələri açmaq üçün çox təsirlidir.

Qeyd edək ki, dirsəklər və dizlərə limon qabığı da çəkmək olar.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri